Rusiya, Gürcüstan və Ermənistanda koronavirusla bağlı son vəziyyət
15.01.2021 12:16

Rusiyada son sutka ərzində daha 24 715 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

 

“RİA Novosti” xəbər verir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 3 520 531 nəfərə çatıb.

 

Son sutka ərzində 555 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 64 495 nəfərə çatıb.

 

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

 

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus infeksiyasına 1 177 yoluxma halı qeydə alınıb, 26 nəfər ölüb.

 

Bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

 

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 245 789, ölənlərin sayı isə 2 893 nəfərə çatıb.

 

Koronavirusdan sağalanların sayı 229 196 nəfərdir.

 

Ermənistanda son sutka ərzində yeni növ koronavirus infeksiyasına 396 yoluxma halı qeydə alınıb, 11 nəfər ölüb.

 

Pandemiya başlayandan bəri Ermənistanda koronavirusa 163 972 yoluxma qeydə alınıb.

 

Ermənistanda indiyədək COVID-19-dan 2974 nəfər ölüb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub