Vaksin vurulan hər 100 nəfərdən 92-si virusdan tam qorunacaq - TƏBİB
15.01.2021 14:15

COVID-19-a qarşı vaksin istifadə edən hər 100 nəfərdən 91-92-i virusdan tam qorunacaq, qalanları isə xəstəliyə yoluxsa da, onu yüngül keçirəcək.

 

Bunu TƏBİB-in Elmi Komitəsinin sədri, Elmi Tədqiqat Profilaktika İnstitutunun direktor müavini, professor Akif Qurbanov deyib.

 

Onun sözlərinə görə, Avropa ölkələrində, ABŞ-da, Rusiyada, Çində istehsal olunan vaksinlərin effektivliyi çox yüksək qiymətləndirilir. Çünki bu namizəd vaksinlərin əksəriyyətinin effektivliliyi 90 faizdən çoxdur:

 

“Çində hazırlanan "Sinovac” vaksininin 3-cü faza təhlükəsizlik sınaqları Türkiyədə də həyata keçirildi. Orada da onun effektivliliyi 91-92 faiz olduğu aşkar olundu. Bu, çox yüksək göstəricidir. Bu, o deməkdir ki, biz bu vaksini 100 nəfər üçün istifadə etsək, onların 91-92-i virusdan tam qorunacaq, qalanları isə xəstəliyi yüngül keçirə bilər".

 

A.Qurbanov əlavə edib ki, Ümumdünya Səhiyyə Təşkilatının tələblərinə görə, bir vaksin insanı virusdan 50 faizdən çox qoruyursa, o, effektiv sayılır.

 

TƏBİB rəsmisi qeyd edib ki, istifadə edilən vaksinlər minimal yan təsirlərə malikdirlər.

 

Onun sözlərinə görə, dünyada istifadə edilən digər vaksinlərdə də belə hal özünü göstərir.

 

Xatırladaq ki, dünən canlı yayımda Türkiyə dövlət başçısı Ərdoğana Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksini vurulub. Türkiyədə vaksinasiya prosesində Çinin "Sinovak" əczaçılıq korporasiyası tərəfindən hazırlanmış "CoronaVac" inaktiv peyvəndindən istifadə olunur.

 

Türkiyənin Əczaçılıq və Tibbi Ləvazimat Təşkilatı laborator şəraitdə 14 gün araşdırma apardıqdan sonra ölkə ərazisində "CoronaVac" vaksininin tətbiqinə icazə verib.

 

Türkiyə dövlət başçısına Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksini vurulub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub