Almaniya peyvəndləmədə könüllülük prinsipini müvəqqəti olaraq ləğv edə bilər
14.01.2021 18:10

Müəyyən hallarda peyvəndləmədə könüllülük prinsipi müvəqqəti olaraq ləğv edilə bilər.

 

Xarici KİV-lərin məlumatına görə, Almaniyada ayrı-ayrı regionlarda koronavirusa yoluxmanın statistikasında dinamika pisləşən hallarda belə tədbirə müraciət etmək olar. Hökumətdə hesab edirlər ki, əgər yoluxma artmaqda davam edərsə, o halda daha sərt tədbirlərə əl atılacaq.

 

Qeyd edək ki, ölkədə ümumi məcburi peyvəndləmə hələ mövcud deyil. Lakin hesab edirlər ki, müəyyən vəziyyətlərdə bu və ya digər rayonlarda və ya əhali qruplarında məcburi peyvəndləmə variantını nəzərdən keçirmək lazım gələcək. Söhbət, məsələn, ahıllar evlərindən və ya tənha, kimsəsiz şəxslərdən gedir. Hakimiyyət orqanları tibb bacılarının da məcburi vaksinlənəcəyini elan ediblər.

 

Almaniyanın Səhiyyə Nazirliyində hesab edirlər ki, bu çətin qərarı qəbul etməzdən əvvəl vəziyyəti çox diqqətlə öyrənmək və həqiqətən də məcburi vaksinləmədən başqa çıxış yolunun olmamasını yəqin etmək lazımdır.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub