Peyvəndləmə hələ davam edən pandemiya ilə mübarizənin sadəcə olaraq bir hissəsidir
14.01.2021 15:38

Cəmiyyətin vaksinasiyanın tətbiqinə başlanacağı günü səbrsizliklə gözlədiyi başa düşüləndir. Amma vaksinasiyanın tətbiqi virusun kökündən məhv edilməsi anlamına gəlməməlidir.

 

Bunu "Trend" agentliyinə açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib.

 

Onun sözlərinə görə, bunun əsasında isə bir neçə vacib elmi izahlar durur ki, bunları bilmək hər kəs üçün önəmlidir:

 

"Məsələn, 16 yaşdan aşağı insanlara peyvəndin vurulmaması nəticəsində bu yaş qrupları arasında virusa yoluxmalar ola bilər və biz elm adamları artıq bu yaş qrupunda olan insanların virusu böyüklər kimi yaymaq qabiliyyəti olduğunu da bilirik. Nəticədə isə peyvəndləmə ilə yanaşı virusa yoluxmaların qarşısını almaq üçün bu cür yaş qruplarına qarşı xüsusi nəzarət olmalıdır.

 

Mütləq olaraq peyvənd alan və almayanlara fərq qoyulmadan onlara virusa qarşı tətbiq edilən qayda və qanunlara riayət etməyin vacibliyi bildirilməlidir. Digər vacib amil isə virusa yoluxub sağalan şəxslərə nəzarətdir ki, onlara da özlərinin virusun mutasiyaya uğramağa səbəb olmaları deyilməli və bundan əlavə bunun da birbaşa yoluxmaların çoxalmasına gətirib çıxarması problemi izah edilməlidir.

 

Beləliklə bir daha təkrar edirəm ki, yuxarıdakı və digər elmi əsaslı fikirlərə görə də insanlar hətta peyvəndləndikdən sonra da tətbiq edilən qayda və qanunlara riayət etməyi özlərinə borc bilməlidirlər".

 

Onun fikrincə, bundan başqa insanlarımız bilməlidir ki, indiki zamanda tətbiqinə başlanan peyvəndlərin böyük əksəriyyəti birinci nəsil peyvəndlərdir və məqsədi ölüm saylarını azaltmaq və ağır kliniki gedişlərin qarşısını almaqdır:

 

“Hazırda vaksinasiya zamanı istifadə olunacaq peyvəndlərin böyük qismi birinci nəsil peyvəndlərdir. Birmənalı olaraq hər kəs bilməlidir ki, birinci nəsil peyvəndlərin əsas məqsədi ölüm saylarının və ağır kliniki gedişlərin qarşısını almaqdan ibarətdir ki, bununla da səhiyyə sistemlərində olan yüklənmələrə dəstək oluna bilər. Bu tip peyvəndlərin tətbiqindən sonra yenidən yoluxma baş verərsə, bu çox zəif və ya hiss edilməyən simptomlarla özünü biruzə verməlidir. Bütün bunları qısa da olsa nəzərə alıb demək olar ki, vaksinasiya hələ davam edən pandemiya ilə mübarizənin sadəcə olaraq bir hissəsinə aiddir”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub