"Vaksinlər bir-birinə çox oxşayırlar və cüzi fərqləri var“ -  Nyu-Yorkda çalışan azərbaycanlı mütəxəssis-həkim
14.01.2021 14:34

İlk dəfə vaksin XVIII əsrdə yaradılıb. Həmin vaxt geniş yayılan çiçək pandemiyasına qarşı vaksin hazırlanıb. İnsan dünyaya gələn gündən ona vaksin vurulur və bunun sayəsində uşaqlar infeksiya və xəstəliklərdən uzaq olurlar. Yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı da yeganə üsul vaksinasiyadır.

 

Bunu COVID-19-a qarşı istehsal edilən vaksinlər barədə danışan Nyu-York ştat Universitetinin Tibb mərkəzində yoluxucu xəstəliklər üzrə mütəxəssis-həkim, tibb elmləri doktoru Xəyalə Balabəyova deyib: “BioNTech/Pfizer” və “Moderna” vaksinləri yeni vaksinlərdir. “BioNTech” şirkəti 25, “Moderna” şirkəti isə 20 ilə yaxındır həmin vaksinin üzərində işləyib. Əvvəllər həmin vaksinə ehtiyac yox idi. Koronavirus infeksiyası ilk dəfə deyil ki, yayılır. Əvvəllər SARS, MERS infeksiyaları var idi. O vaxt həmin vaksinləri hazırlamağa başlasalar da, epidemiya çox tez bitdi. Ona görə də vaksinlərə ehtiyac qalmadı. “BioNTech/Pfizer” və “Moderna” şirkətləri həmin vaksinləri xərçəng xəstəliyinə qarşı işlətmək istəyirdilər”.

 

Vaksinləri yaratmaq üçün virusun özü lazım deyil. Ötən il yanvarın əvvəllərində Çin Xalq Respublikasında belə bir virusun yayılması barədə bütün dünyaya məlumat verildi. Virusun strukturu göstərildi və “BioNTech/Pfizer” və “Moderna” şirkətləri vaksini çox az vaxtda, sürətlə hazırladılar və mart-aprel aylarında onun sınağına başlanıldı. Vaksinlər bir-birinə çox oxşayırlar və cüzi fərqləri var. “Moderna” vaksinin bir kapsulu 10, “BioNTech/Pfizer” vaksinin bir kapsulu isə 5 nəfərə vurula bilər. Onların saxlanma müddəti və şəraiti də fərqlənir. “BioNTech/Pfizer” vaksini -60° C-dən -80° C-yə qədər temperaturda saxlanılmalıdır. “Moderna” vaksinini 30 günə qədər soyuducuda saxlamaq və onu daha çox insana vurmaq olar”.

 

Mütəxəssis daha sonra deyib: “Hazırda dünyanın bir çox ölkəsində vaksin hazırlanmasına başlanılıb. Demək olar ki, 57 ölkə vaksin hazırlayır. Onlardan yalnız 14 vaksin üçüncü sınaq mərhələsindədir.

 

“AstraZeneca”, “Johnson&Johnson” və “Sputnic V” vaksinləri yenidir və bir-birinə çox bənzəyir. Onun yeni hesab olunmasına səbəb başqa bir virusun, yəni adenovirusun işlədilməsidir. Burada onun koronavirus hissəsinin peyvənd kimi insanlara vurulması nəzərdə tutulub.

 

“AstraZeneca”, “ Johnson&Johnson” şirkətinin istehsal etdiyi vaksini tətbiq etmək asan olacaq. “BioNTech/Pfizer” və “Moderna” vaksinlərini mənfi temperaturda soyuducuda saxlamaq lazımdır, “AstraZeneca”, “Johnson&Johnson” vaksinin isə buna ehtiyacı yoxdur. “BioNTech/Pfizer” və “Moderna” kimi “AstraZeneca”, “Johnson&Johnson” vaksinləri iki dəfə vurulmalıdır ki, immunitet yaradılsın. Bundan əlavə, Çinin iki – “Sinovac” və “Sinopharm” vaksinləri var. Hazırda onları Çində tətbiq edirlər, bəzi ölkələrdə üçüncü faza sınaq mərhələsindədir. Türkiyədə bu gündən əhalinin “Sinovac” vaksini ilə peyvəndlənməsinə başlanılıb. Bu vaksinlərlə peyvəndləmə zamanı zəif olan virus insan bədəninə yeridilir ki, immunitet yaransın”.

ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Səadət Bayramova: Səhiyyədə QHT–dövlət əməkdaşlığı daha sistemli qurulmalıdır
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?
Təcili tibbi yardım sahəsində peşəkar pediatr
İnfeksion nəzarət - ictimai səhiyyənin təməli olan bir ixtisasdır  
Tədris Cərrahiyyə Klinikasında növbəti mürəkkəb cərrahi əməliyyat 
Şamaxının Laləzar və Quşçu kəndlərində səyyar peyvəndlənmə xidməti həyata keçirilib
Oreksin neyronları motivasiyanın əsas açarıdır - Araşdırma
Hərəkət məhdudiyyətli qız uşaqlarının dispanserizasiyası başa çatıb
 Göz sağlamlığı üçün ümidverici nəticə: Vitamin B3 qlaukoma riskini azalda bilər