COVID-19-dan sağalan 4 nəfərdən 3-ü 6 ay sonra sağlamlıq problemi yaşayır - Araşdırma 
13.01.2021 17:58

Yeni növ koronavirusun (COVID-19) ortaya çıxdığı Çinin Vuhan şəhərində 4 xəstədən 3-nün virusa yoluxduqdan 6 ay sonra ən azı bir sağlamlıq problemi ilə qarşılaşdığı aşkar edilib.

 

Aztibb.az medimagazin.com.tr-yə istinadən xəbər verir ki, Çinli elm adamları yanvar və may aylarında Vuhan'da COVID-19 aşkarlanan 1700 xəstəni altı ay ərzində izləyərək araşdırma aparıblar.

 

Tədqiqatın nəticələri 8 yanvarda "The Lancet" jurnalında yayımlanıb.

 

Tədqiqatçılar COVID-19-a qalib gələn xəstələrin 76 faizinin 6 aydan sonra ən azı bir sağlamlıq problemi yaşadığını müəyyən edib.

 

Araşdırmada altı aydan sonra bu insanların 63 faizinin əzələlərində yorğunluq və ya zəiflik, 26 faizində yuxu problemi və 23 faizində depressiya olduğu bildirilib.

 

Mütəxəssislər COVID-19-dan sağalanların ciddi ağciyər funksiyası pozğunluğu və böyrək funksiyalarında 13 faiz azalma yaşadıqlarına da diqqət çəkdilər.

 

Pekinin Çin-Yaponiya Dostluq Xəstəxanası və Paytaxt Tibb Universitetinin Milli Tənəffüs Tibbi Mərkəzinin tədqiqatçısı dr. Bin Cao qeyd edib ki, COVID-19 çox yeni xəstəlik olduğundan onun uzunmüddətli təsirlərini yeni anlamağa başlayırıq.

 

B. Cao xəstəliyi ağır keçirmiş pasiyentlərin xəstəxanadan buraxıldıqdan sonra baxıma ehtiyacı olduğunu da vurğulayıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub