İtaliyada peyvəndin vurduğu zərərə görə təzminat ödənilə bilər
13.01.2021 11:27

Peyvənd maddələri insan bədənində yan təsirlərə səbəb olarsa və ya sağlamlığa zərər vurarsa, o zaman dövlət tərəfindən həmin şəxsə təzminat ödənməlidir.

 

Aztibb.az xəbər verir ki, bu fikri İtaliya Konstitusiya Məhkəməsinin Prezidenti Ciankarlo Koraccio səsləndirib. O bildirib ki, dövlətin təzminat öhdəliyi təkcə icbari peyvəndlərə deyil, eyni zamanda dövlət tərəfindən tövsiyə olunan könüllü peyvəndlərə (məsələn, koronavirus əleyhinə peyvəndlərə) də şamil olunmalıdır.

 

Konstitusiya Məhkəməsinin dəyərləndirməsinə görə, ölkədə icbari peyvəndlərin tətbiqi qanuniləşdirilə bilər. C. Koraccio qeyd edib ki, belə bir addım vətəndaş azadlıqlarına ciddi müdaxilə olduğuna və onu məhdudlaşdırdığına görə, qanunverici orqanlar koronavirus əleyhinə peyvəndləri də bu sıraya aid edilməsini geniş müzakirə etməlidir. Ötən il dekabrın 27-dən ölkədə həyata keçirilən koronavirus əleyhinə vaksinasiya kampaniyasıkönüllülük prinsipi əsasında aparılır.

 

Kampaniya başlayandan indiyədək İtaliyada 7550 mindən çox insana peyvənd vurulub və bununla da İtaliya Aİ ölkələri arasında öncül yerlərdən birini tutur. Ölkə mediasında əhali arasında peyvəndə marağı artırmaq üçün müxtəlif təkliflər yer alır, onlar arasında icbarilik və dəymiş zərərə görə təzminat ən çox müzakirə olunan mövzulardır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub