Müxtəlif ölkələrdə pandemiya ilə bağlı son vəziyyət
13.01.2021 11:39

Braziliyada yeni növ koronavirus infeksiyasından ölənlərin sayı artmaqda davam edir.

 

Son bir gün ərzində 1 110 nəfər infeksiyanın yaratdığı xəstəlikdən ölüb. Bununla da pandemiyadan dünyasını dəyişənlərin sayı 204 690 nəfərə çatıb.

 

Ölkədə koronavirusa yoluxanların ümumi sayı 8 195 637 nəfərə çatıb, son 24 saat ərzində 62 025 şəxsin COVID-19 testi müsbət olub. Müalicə alan 7 273 707 pasiyent sağalıb, aktiv xəstə sayı isə 717 240 nəfərdir.

 

Rusiyada son bir gündə daha 22 850 nəfərə COVID-19 diaqnozu qoyulub və ölkədə koronavirusa yoluxanların sayı 3 471 053 nəfərə çatıb. 

 

Virusdan ölənlərin sayı isə daha 566 nəfər artaraq 63 370-ə yüksəlib.

 

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 2 854 088 nəfər sağalıb.

 

İranda ötən sutka ərzində koronavirusdan 97 nəfər ölüb. 

 

Bununla da İranda koronavirusdan ölənlərin sayı 56 457 nəfərə çatıb.

 

Ölkədə ötən 24 saat ərzində 6 317 nəfər koronavirusa yoluxub və yoluxanların ümumi sayı 1 305 339 nəfərə yüksəlib.

 

Koronavirus daşıyıcılarından 4 469 nəfərin vəziyyəti ağırdır.

 

Gürcüstanda ötən gün COVID-19 infeksiyasına 1 618 yoluxma halı qeydə alınıb, 26 nəfər ölüb.

 

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 243 255, ölənlərin sayı isə 2 846 nəfərə çatıb.

 

Virusa yoluxanlardan 227 611 nəfərin sağaldığı bildirilir.

 

Ermənistanda son sutka ərzində koronavirusa 485 nəfər yoluxub, 10 xəstə isə bu virus səbəbindən dünyasını dəyişib.

 

Pandemiya başlayandan bəri Ermənistanda koronavirusa 163 128 yoluxma qeydə alınıb.

 

Ermənistanda indiyədək COVID-19-dan 2951 nəfər ölüb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub