"Vaksinasiyanın könüllülük prinsipi əsasında aparılması daha düzgün yoldur" - Baş infeksionist  
12.01.2021 17:32

Artıq dünyanın bir sıra ölkəsində yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı vaksinasiya tədbirlərinə başlanılıb. Həmin tədbirin yaxın zamanda Azərbaycanda da tətbiq olunacağı gözlənilir. Əksər ölkələrdə vaksinasiyanın birinci mərhələsinə risk qrupuna daxil olanlar cəlb olunub.

 

Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazovun verdiyi məlumata görə, ölkəmizdə də ilk mərhələdə risk qrupunda olanlara peyvənd vurulacaq: “Risk qruplarını hər bir ölkə özü müəyyən edir. Bunlar, ilk növbədə, əsasən tibb işçiləri, yaşı 65-dən yuxarı olanlar və bir də uzun müddət xroniki xəstəliklərdən əziyyət çəkənlərdir. Vaksinasiyanın epidemik prosesin qırılmasına təsiri onun kütləvi olduğu halda mümkündür. Ümumdünya Səhiyyə Təşkilatının əvvəlki təcrübəsi göstərir ki, vaksinasiyanın məcburi edilməsi neqativ reaksiyalara səbəb olub. Ona görə də onun könüllülük prinsipi əsasında aparılması daha düzgün yoldur”.

 

Onun dediyinə görə, xroniki xəstəlikləri olanların vaksinasiyadan imtina etməsi hər zaman yoluxma riski ilə üz-üzə qalması deməkdir: “Bunlara xroniki ürək-damar, tənəffüs sisteminin, endokrin sistemi xəstəliklərindən əziyyət çəkənlər və immun çatışmazlığı olanlar aiddir. Onlar yoluxduqları halda xəstəliyin ağırlaşmasının risk qrupundadırlar, bu zaman fəsadlaşma və ölüm halları da baş verə bilər”.

 

Vaksinlər öldürülmüş və zəiflədilmiş mikroorqanizmləri, yaxud onların ifraz etdiyi bəzi antigen maddələrdir. Vaksinasiyanın aparılmasının məqsədi əhali arasında kollektiv immunitetin yaranmasına nail olmaqdır. İstər təbii, istərsə də vaksinasiya vasitəsilə yaranan immunitet əhalinin çox hissəsini təşkil edərsə, epidemik proses tez bir vaxtda başa çata bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub