Gəncədə yaşayış yerini tərk edən COVID-19 xəstələri barəsində cinayət işi başlanıb
12.01.2021 14:13

Gəncə şəhər Baş Polis İdarəsinin və onun tabeli qurumlarının (ŞBPİ) əməkdaşları tərəfindən koronavirus pandemiyasının qarşısının alınması məqsədi ilə tədbirlər mütəmadi olaraq davam etdirilir.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, şəhərin girişində qurulmuş stasionar postda şəhər  ərazisinə daxil olmaq istəyən  sürücünün koronavirus infeksiyasının daşıyıcıları olduğu aşkarlanıb. Belə ki, müvafiq yoxlama zamanı Gəncə şəhər ərazisinə daxil olmaq istəyən Yevlax rayon sakini Dursun Babazədənin COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin olunduğu və yaşayış yerini tərk etməməsi barədə xəbərdar edildiyi müəyyən edilib.

 

ŞBPİ-nin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində şəhər sakini Zaur Cavadovun da  yaşadığı ünvanı tərk etməsi və beləliklə COVID-19 virusunun yayılmasına şərait yaratması aşkar edilib. Polis əməkdaşları tibbi proseduraları gözləməklə onu yaşadığı evə göndərib.

 

Hər iki faktla bağlı Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub