Məşhur onkoloq koronavirusdan sağaldı
12.01.2021 14:39

COVID-19-a yoluxmuş Azərbaycan Tibb Universitetinin (ATU) Onkoloji Klinikasının onkoloqu, Onkologiya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Nəsimi Qasımov sağalaraq evə yola salınıb.

 

Aztibb.az xəbər verir ki, koronavirusa qalib gələn Nəsimi Qasımov virusla mübarizə apardığı günlərdə yaşadıqlarından danışıb.

 

Onkoloq bildirib ki, hərarəti yüksək olub və COVID-19 testi pozitiv çıxdıqda o, ATU-nun Tədris-Terapevtik Klinikasına yerləşdirilib:

 

"Dekabr ayının 22-də klinikaya yerləşdirildim. Çəkimin çox, yaşımın 70 olması və bunlarla yanaşı, hipertoniya xəstəliyimin olması səbəbilə vəziyyətimin daha da ağırlaşmaması üçün klinika şəraitində müalicə olunmağım məsləhət görüldü. Klinikada müalicə aldığım şöbədə həkimimiz həmin şöbənin müdiri Günel Sadıqova idi. Burada olduğum müddətdə dəfələrlə ATU-nun rektoru, prof. Gəray Gəraybəylinin, Onkoloji klinikanın direktoru, akademik Əhliman Əmiraslanovun, ATU-nun Tədris Terapevtik Klinikasının direktoru, prof. Surxay Musayevin, klinikanın baş həkimi Fəridə Hacıyevanın qayğısını hiss etdim".

 

Nəsimi Qasımov əlavə edib ki, bu klinikanın zamanında tikilib istifadəyə verilməsi səhiyyənin inkişafı istiqamətində dövlətimiz tərəfindən aparılan uğurlu siyasətin nəticəsidir. Klinika bütün müasir standartlara cavab verir və burada xəstələrin müayinə və müalicələri üçün hər cür şərait var: "Artıq özümü əvvəlki kimi yaxşı hiss edirəm və klinikadan evə buraxılıram. Göstərdikləri qayğıya görə yorulmadan gecə-gündüz çalışan başda klinikanın rəhbərliyi olmaqla, bütün tibb personalına dərin təşəkkürümü bildirirəm".

 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub