Koronavirus nə zaman bitəcək? - Alimdən mühüm AÇIQLAMA  
12.01.2021 14:18

Vaksinasiya koronavirus pandemiyası ilə mübarizə strategiyasına aid əsas məsələlərdəndir. Pandemiyanın aradan qaldırılması üçün 70 faiz insanın immunitet qazanması vacibdir.

 

Aztibb.az xəbər verir ki, bunu azərbaycanlı alim, Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev deyib.

 

N.Abdullayev bildirib ki, bu gün virusla mübarizə çərçivəsində əhalinin artıq neçə faizinin immunitet qazanmasını müəyyənləşdirilməyin üsullarından biri də seroloji testlər vasitəsilə mümkündür:

 

“Əgər əhalinin yuxarıda qeyd olunan böyük hissəsinin immunitet qazandığı məlum olarsa, bu, artıq pandemiyanın tam aradan qaldırılması üçün yeni imkanlar yaradacaq”.

 

N.Abdullayev bildirib ki, insanlar peyvəndləndikdən sonra da özlərini qorumalıdır:

 

“Cəmiyyətin vaksinasiyanın tətbiqinə başlanacağı günü səbrsizliklə gözlədiyi başa düşüləndir. Amma vaksinasiyanın tətbiqi virusun kökündən məhv edilməsi anlamına gəlməməlidir və buna görə də insanlar hətta peyvəndləndikdən sonra da tətbiq edilən qayda və qanunlara riayət etməyi özlərinə borc bilməlidirlər”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub