47 yaşlı qadında koronavirusun 18 mutasiyası aşkarlandı
12.01.2021 12:06

Altı ay COVID-19 xəstəliyindən əziyyət çəkən rusiyalı pasiyentin bədənində 18 yeni koronavirus mutasiyası meydana gəlib.

 

Aztibb.az xəbər verir ki, bu barədə “virological.org” portalında məlumat verilib.

 

47 yaşlı xərçəng xəstəsi olan pasiyent 2020-ci ilin aprelində xəstəxanada kimyəvi terapiya kursu keçərkən koronavirusa yoluxub. 9 sentyabra qədər apardığı testlər infeksiya üçün müsbət nəticə verib.

 

Yazda və yazın sonlarında qadından götürülmüş nümunələrin müqayisəli təhlili aparılıb. Genomun sıralanmasına görə, tapılan mutasiyalardan ikisinin Danimarkada aşkarlanan mutasiya ilə eynilik təşkil etdiyi məlum olub.

 

Sibir Federal Universitetinin Genomika və Bioinformatika kafedrasının professoru, Göttingen Universitetinin (Almaniya) professoru Konstantin Krutovski, virusun daha yoluxucu İngilis variantının (VOC-202012/01), ehtimal ki, əslində immuniteti zəif xəstənin bədənindən çıxdığını bildirib.

 

Bundan əvvəl, Qamaleya Mərkəzinin rəhbəri Aleksander Quntsburq İngiltərədə olduğu kimi Rusiyanın özünün koronavirus növünə sahib ola biləcəyini irəli sürmüşdü. O, çox güman ki, belə bir mutasiyanın artıq mövcud olduğunu, lakin hələ rəsmi olaraq müəyyən edilmədiyini iddia etmişdi.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub