Pandemiyanın qarşısının alınmasında peyvənddən səmərəli yol yoxdur - Əhliman Əmiraslanov
12.01.2021 11:26

“Son bir ildə əksər dövlətlərdə olduğu kimi, ölkəmizdə də koronavirus infeksiyasına yoluxanların sayının artması səbəbindən virusun yayılmasının qarşısının alınması istiqamətində Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərinə müvafiq olaraq ölkə ərazisində cənab Prezident İlham Əliyevin tapşırığı ilə bu bəladan xalqımızı qurtarmaq üçün bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirildi. Bu baxımdan, mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusi karantin rejimi çərçivəsində bir sıra məhdudiyyətlərin tətbiq olunmasına qərar verdi”.

 

Aztibb.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov deyib.

 

Əhliman Əmiraslanov bildirib ki, hələ də bu bəladan xilas olmadığımız hər bir şəxsin sosial məsuliyyətdən irəli gələn davranışı, Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə, təklif və qərarlarını qeyd-şərtsiz icra etməsi qarşıda duran vəzifələrin mümkün qədər effektiv olması ilə nəticələnər. Bu baxımdan tətbiq olunmuş məhdudiyyətlərə əməl etmək lazımdır. Onu da bildirməliyik ki, koronavirus, bütün dünya üçün çox böyük sınaq idi. Azərbaycan dövlətinin əzmkarlığı, ardıcıl təxirəsalınmaz mübarizə tədbirləri, xalqımızın məsuliyyəti ilə bu sınaqdan çıxa bildik.

 

Komitə sədri qeyd edib ki, görülən işlər və operativ tədbirlər nəticəsində yeni xəstəxanalar tikilib, laboratoriyalar açılıb, həkimlər səfərbər olunub, koronavirus xəstələrinə qulluq edən həkimlərin maaşları artırılıb, bir neçə milyard manat dəyərində sosial paket koronavirusdan əziyyət çəkən insanlara, o cümlədən qeyri-rəsmi çalışan və işsiz vətəndaşlara yardım kimi göstərilib. Bəşəriyyət üçün böyük təhlükə mənbəyi olan pandemiya və epidemiyaların qarşısının alınmasında o cümlədən, yeni növ koronavirusla (COVID-19) mübarizədə də peyvənddən səmərəli yol yoxdur. Akademikin sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş, videoformatda keçirilən müşavirədə bununla bağlı dövlət başçımız fikirlər səsləndirərək bildirib ki, “Ümid edirik ki, peyvənd bu ay ərzində Azərbaycana gətiriləcək. Hər halda bütün müqavilələr imzalandı. Peyvəndin bir qədər gec gətirilməsi bizdən asılı deyil. Ondan sonra insanlar kütləvi qaydada bu peyvənddən istifadə edəcək və canımız bu xəstəlikdən qurtaracaq”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub