Türkiyə bu həftə sonundan etibarən vaksinasiya prosesinə start verəcək
12.01.2021 10:25

Aztibb.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə hökumətinin 2021-ci ilə dair birinci iclasından sonra xalqa müraciətində deyib.

 

“Çin peyvəndinin ölkəmizə tədarükünə başlanılıb. Biz, həmçinin Rusiya və Britaniya peyvəndləri ilə bağlı hadisələrin inkişafını da izləyirik. Türkiyədə peyvəndləmə prosesinə cümə axşamı və ya cümə günü (Yanvarın 14 və ya 15-də - Red.) başlanılacaq”, - deyə Ərdoğan öz müraciətində bildirib.

 

Eyni zamanda, Ərdoğan əlavə edib ki, ölkə rəhbərliyi koronavirusa yoluxanların say statistikasının müəyyən göstəricilərə enəcəyi təqdirdə tətbiq olunmuş məhdudiyyətləri tədricən ləğv edəcək.

 

Qeyd edək ki, hazırda respublikada iş günləri saat 21:00-dan 05:00-dək, həftə sonları isə bütün gün ərzində küçəyə çıxmaqla bağlı məhdudiyyətlər tətbiq olunur. Bundan başqa, Türkiyədə ərzaq mağazaları və ticarət mərkəzlərinə gələnlərin sayı məhdudlaşdırılıb.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub