COVID-19 infeksiyasına qarşı uzunmüddətli müdafiə şansı təmin edilməlidir
12.01.2021 10:31

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Böyük Britaniya hökumətinin “Pfizer” şirkətinin hazırladığı birinci və ikinci vaksinlər arasındakı müddətin 12 həftəyə qədər uzadılması təklifini dəstəkləməkdən imtina edib.

 

“MedikForum”un məlumatına görə, ekspertlərin bunun işləyə biləcəyinə dair heç bir sübutu yoxdur.

 

Ümumdünya Səhiyyə Təşkilatının əməkdaşlarının fikrincə, “Pfizer” şirkətinin hazırladığı vaksinin birinci və ikinci komponentlərinin tətbiqi arasındakı fasiləni indiki üç həftədən 12 həftəyə qədər artırmağın heç bir mənası yoxdur. Bu qərar Böyük Britaniya səlahiyyətlilərinə risk qrupundan olan insanları peyvənd etmək üçün sərəncamında olan bütün dərman dozalarını istifadə etməyə və yalnız sonra gətirilən yeni preparatların vasitəsilə ikinci komponenti tətbiq etməyə kömək edə bilər. Ara müddət 12 həftəyə qədər artırılarsa, mövcud olan bütün materiallar ilk inyeksiya üçün istifadə ediləcək.

 

Lakin elmi müşahidələr göstərir ki, birinci komponent tətbiq olunduqdan sonra immun anticisimlərin səviyyəsi üçüncü həftəyə maksimuma çatır və sonra azalmağa başlayır. Məhz bu səbəbdən ÜST ekspertlərinin fikrincə, səlahiyyətlilər mütləq vaksinasiya olunmuş insanlara peyvəndin ikinci tərkib hissəsini ilk inyeksiyadan sonra 21-28 gün ərzində verməlidirlər. Bu, COVID-19 infeksiyasına qarşı uzunmüddətli müdafiə şansını təmin etmək üçün yeganə yoldur.

 

Bununla birlikdə, Ümumdünya Səhiyyə Təşkilatının mövqeyi Böyük Britaniya səlahiyyətlilərinin qətiyyətinə təsir etməyə bilər. Onlar indi mutasiya olunmuş koronavirus ştammından qaynaqlanan infeksiyalarının inanılmaz artımı ilə qarşılaşıblar. Və ən sərt karantin məhdudiyyətləri xəstəliyin azaldılmasına hələ ki imkan vermir. Vaksin kifayət qədər deyil və mümkün qədər çox insana çatdırmaq üçün bütün mövcud dozaları istifadə etmək istəyi yaranır. Hakimiyyətlər, bunun vaksinasiya gücünü kəskin şəkildə zəiflədəcəyini düşünməməyi üstün tuturlar, çünki ikinci dalğanı aşağı salmaq lazımdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub