9 ölkədə pandemiya ilə bağlı SON VƏZİYYƏT
10.01.2021 12:56

Fransada son sutkada COVID-19 pandemiyasına 20 min 177 yeni yoluxma və xəstəxanalarda 171 ölüm faktı qeydə alınıb.

 

Pandemiya başlayandan ölkədə koronavirusa yoluxanların ümumi sayı 2 milyon 767 mindən çox, ölənlərin sayı isə 67 min 599 nəfərə çatıb. Son həftə ərzində virusa gündəlik yoluxma 20 mindən çox olub. Xəstəxanalarda 24 min 273 koronavirus xəstəsi müalicə alır. Reanimasiya şöbələrində 2609 ağır xəstə olduğu qeyd edilir.

 

Braziliyada son sutka ərzində daha 62 290 nəfərin koronavirus infeksiyasına yoluxması, 1171 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

 

İndiyədək Braziliyada koronavirusa ümumilikdə 8 075 998 nəfər yoluxub. Bu müddət ərzində 202 631 koronaviruslu xəstə dünyasını dəyişib.

 

Almaniyada koronavirusdan ölənlərin sayı 40 min nəfəri ötüb.

 

Ötən 24 saat ərzində ölkədə 16 946  nəfər koronavirusa yoluxub, 465 nəfər ölüb.

 

Böyük Britaniyada son sutka ərzində 59 937 nəfər koronavirusa yoluxub.

 

Hazırda ölkədə koronavirusa yoluxanların ümumi sayı 3 017 409 nəfərə çatıb.

 

Rusiyada son bir gündə daha 22 851 nəfərə COVID-19 diaqnozu qoyulub.

 

Bununla da Rusiyada koronavirusa yoluxanların sayı 3 401 954 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 456 nəfər artaraq 61 837-yə yüksəlib.

 

Rumıniyada koronavirusa yoluxanların sayı 668 min 202 nəfərə çatıb.

 

Son 24 saat ərzində 4403 yeni yoluxma hadisəsi baş verib. Koronavirusdan ölənlərin sayı ümumilikdə 16 min 592 nəfərdir. 596 min 515 nəfər isə sağalıb.

 

Türkiyədə COVID-19-dan sutka ərzində 181 nəfər ölüb. 

 

Son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 9 537 nəfər COVID-19 infeksiyasına yoluxub.

 

Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 7 902, ağır xəstələr isə 2 903 nəfər olub.

 

Gürcüstanda son sutkada koronavirusa 1 143 yeni yoluxma faktı qeydə alınıb, 617 nəfər müalicə olunaraq sağalıb, 23 pasiyent isə vəfat edib.

 

Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 239 229 nəfər yoluxub. Onların 225 335-i sağalıb, 2 773-ü isə dünyasını dəyişib.

 

Ermənistanda daha 337 nəfərdə koronavirus aşkarlanıb.

 

Bununla da Ermənistanda virusa yoluxanların sayı 162 131 olub.

 

Ölkədə pandemiyadan ölənlərin sayı daha 7 nəfər artaraq 2 929-a çatıb. İndiyədək 149 312 pasiyent infeksiyadan sağalıb.

 

Karantin rejimində 452, stasionar nəzarətdə 3 894 nəfər var. Xəstəliyi yüngül formada keçirən 746 nəfər isə xüsusi otellərdə tibbi nəzarətdə saxlanılır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub