İranda COVID-19-a qarşı yalnız milli peyvəndlərdən istifadə olunacaq
09.01.2021 23:35

Yanvarın 9-na olan məlumata görə, İranda 5 min 924 nəfər koronavirusa yoluxub, 82 nəfər isə bu virusdan ölüb.

 

Bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari Tehranda keçirdiyi gündəlik mətbuat konfransında deyib. O, bildirib ki, bununla da İranda yoluxanların ümumi sayı 1 milyon 280 min 438 nəfər, ölənlərin sayı isə 56 min 100-ə çatıb.

 

Virusa yoluxaraq xüsusi xəstəxanalarda müalicə alan 4 min 686 xəstənin vəziyyəti ağır olaraq qalır. Eyni zamanda, 1 milyon 67 min 466 nəfər müalicə alaraq sağalıb.

 

Qeyd edək ki, İranın Ali Rəhbəri xaricdə istehsal olunan peyvəndlərin ölkəyə gətirilməsi və testdən keçirilməsini qadağan edib. İranda yalnız milli istehsal olan peyvəndlərdən istifadə olunacaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub