Peruda koronavirusun Britaniya ştammına ilk yoluxma halı qeydə alınıb
09.01.2021 10:00

İlk olaraq İngiltərədə aşkar edilmiş koronavirusun yeni mutasiyasına yoluxma hadisəsi Peruda da qeydə alınıb.

 

Aztibb.az TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın səhiyyə naziri Pilar Mastti məlumat verib.

 

"Ölkəmizdə virusun yeni, Avropada dolaşan növü aşkar edilib" - nazir "Twitter"də yayımlanan mətbuat konfransı zamanı deyib.

 

Bildirilir ki, Britaniya ştammı Limada yaşayan bir qadında qeydə alınıb.

 

Böyük Britaniyada və Cənubi Afrikada yeni koronavirus ştammları müvafiq olaraq 14 və 21 dekabr 2020-ci il tarixlərində aşkarlanıb. Alimlərin fikrincə, hər iki yeni patogen daha çox yoluxucu və aqressivdir. Ümumdünya Səhiyyə Təşkilatına görə, İngiltərə və Cənubi Afrika ştammlarının əlaqəsi yoxdur.

 

Son məlumatlara görə, Peruda 1 026 690 koronavirusa yoluxma və xəstəlikdən 38 049 ölüm halı qeydə alınıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub