Müxtəlif ölkələrdə pandemiya ilə bağlı son göstəricilər
06.01.2021 14:00

Rusiyada son sutka ərzində daha 24 217 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

 

Bununla ölkədə COVID-19-a yoluxanların 3 308 601 nəfərə çatıb.

 

Son sutka ərzində 445 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 59 951 nəfərə çatıb.

 

ABŞ-da indiyədək yeni növ koronavirusa 21 036 174 yoluxma halı qeydə alınıb, ölənlərin sayı isə 357 067-yə çatıb.

 

Ən çox yoluxma Kaliforniya (2,45 milyon), Texas (1,82 milyon), Florida (1,37 milyon), Nyu-York (1 milyon) və İllinoys (984 min) ştatlarında qeydə alınıb.

 

ABŞ koronavirusa yoluxma və bu virusdan ölüm sayına görə dünyada birinci yerdədir.

 

İranda ötən sutka ərzində 82 nəfər COVID-19-dan ölüb.

 

Bununla da İranda bu virusdan ölənlərin sayı 55830 nəfərə yüksəlib.

 

Ölkədə ötən 24 saat ərzində 6283 nəfər koronavirisa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 1261903 nəfərə çatıb. Virus daşıyıcılarından 4780 nəfərin vəziyyəti ağırdır.

 

Gürcüstanda son sutkada daha 1 800 nəfərdə koronavirusa yoluxma aşkarlanıb, 489 nəfər müalicə olunaraq sağalıb, 20 pasiyent isə həyatını itirib.

 

Ökədə koronavirusa yoluxanların ümumi sayı 233 min 879-a çatıb. Onların da 223 276-sı sağalıb, 2 666-sı isə ölüb.

 

Hazırda karantin zonalarında 484, stasionar nəzarətdə 3 901 nəfər var. Daha 765 nəfər isə xüsusi otellərdə tibbi nəzarətdə saxlanılır.

 

Belarusda COVID-19-a yoluxanların sayı 205 min nəfərə çatıb.

 

Ötən gün ölkədə 1855 nəfər koronavirusa yoluxub. Bununla da Belarusda bu infeksiyaya yoluxanların sayı 204 min 958 nəfərə çatıb, onlardan 186 min 394-ü sağalaraq evə buraxılıb, 1480 nəfəri həyatını itirib.

 

Ermənistanda daha 309 nəfərdə koronavirus aşkarlanıb.

 

Beləliklə, ölkədə virusa yoluxanların sayı 160 853 olub.

 

Pandemiyadan ölənlərin sayı daha 12 nəfər artaraq 2 890-a çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 692-yə yüksəlib. İndiyədək 146 576 pasiyent infeksiyadan sağalıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub