Bir sıra ölkələrdə koronavirusa yoluxma göstəriciləri 
02.01.2021 10:52

Fransada son sutkada COVID-19-a 20 min yeni yoluxma və 133 ölüm faktı qeyd alınıb.

 

Aztibb.az xəbər verir ki, bu haqda Fransa Səhiyyə İdarəsi məlumat verib.

 

Bildirilib ki, xəstəxanalarda 24 min 263 koronavirus xəstəsi var. Reanimasiya şöbələrində 2 609 ağır xəstə intensiv müalicə alır.

 

Pandemiya başlayandan ölkədə koronavirusa yoluxanların ümumi sayı 2.62 milyondan çox olub, ölənlərin sayı isə 64900-ə çatıb. Son 24 saatda xəstəxanalara 776 yeni koronavirus xəstəsi daxil olub ki, onlardan 99-u ağır vəziyyətdə reanimasiya şöbələrinə yerləşdirilib.

 

Bu gündən ölkənin 15 departamentində komendant saatı yerli vaxtla saat 18:00-dan səhər saat 06:00-dək tətbiq olunacaq. Mütəxəssislər yaxın günlərdə yoluxanların sayının daha çox artacağını bildirirlər.

 

Gürcüstanda COVID-19 virusundan ölənlərin ümumi sayı 2528-ə çatıb. Koronavirusa yoluxanların ümumi sayı isə 228 min 410 nəfər təşkil edir.

 

Bildirilir ki, təkcə son sutka ərzində daha 990 nəfərdə koronavirus təsdiqlənib. Bununla belə 3 min 265 nəfər müalicə olunaraq sağalıb, 23 pasiyent isə pandemiyanın qurbanı olub.

 

Hazırda 415 nəfər karantin zonalarında, 4664 nəfər stasionar nəzarətdədir. Xəstəliyi yüngül formada keçirən 858 nəfər isə xüsusi otellərdə tibbi nəzarətdə saxlanılır.

 

Son gündə Pakistanda koronavirusa 2 min 703 nəfər yoluxub. Bununla da pandemiya dövründə belə pasiyentlərin sayı 482 min 178-ə çatıb.

 

Son sutkada COVID-19-dan 71 nəfər ölüb. Ölkədə bu virusdan dünyasını dəyişənlərin sayı 10 min 176 olub.

 

Xəstəxanalarda 34 min 773 pasiyent olduğu bildirilir ki, onların 2 min 216-sı ağır vəziyyətdədir. Bu günədək ölkədə 6 milyon 737 min 208 test aparılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub