Afrikada COVID-19-un mutasiya olunmuş forması sürətlə yayılır
01.01.2021 11:47

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Afrika qitəsində COVID-19-un mutasiya olunmuş yeni formasının sürətlə yayıldığı barədə xəbərdarlıq edib. Təşkilat SARS-CoV-2 yeni virusunun qarşısını almaq üçün hökumətləri təcili tədbirlər görməyə çağırıb. ÜST-ün Afrika üzrə regional direktoru Matşidiso Moeti bildirib ki, mutasiya olunmuş virus daha sürətlə yayılır və onun əlamətləri laboratoriya şəraitində öyrənilərək adekvat addımlar atılmalıdır. Bu məqsədlə qitə ölkələrində 12 laboratoriya fəaliyyətə başlayıb. ÜST-ün təmsilçisi əlavə edib ki, COVID-19-a qarşı preventiv tədbirlər virusun mutasiya olunmuş variantına qarşı da təsirlidir.

 

Aztibb.az xəbər verir ki, mutasiya olunmuş virusun ən çox yayıldığı Cənubi Afrika Respublikasında son sutka ərzində rekord sayda – 17 710 insan COVID-19-a yoluxub, 465 pasiyent vəfat edib. Şimali Afrikanın ən böyük ölkəsi olan Misirdə isə yeni növ koronavirusa yoluxanların sayı 1411 nəfərə çatıb, 59 pasiyent isə dünyasını dəyişib.

 

Son rəsmi məlumata görə, indiyədək Afrika qitəsində COVID-19-a 2 milyon 744 nəfər yoluxub, 65 minə yaxın insan isə vəfat edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub