Müxtəlif ölkələrdə pandemiya ilə bağlı SON VƏZİYYƏT
01.01.2021 10:36

Fransada son sutkada COVID-19 pandemiyasına 26 457 yeni yoluxma və 304 ölüm faktı qeydə alınıb.

 

Hazırda ölkə xəstəxanalarında 24 560 koronavirus xəstəsi müalicə alır. Reanimasiya şöbələrində ağır vəziyyətdə olan xəstələrin sayı 2652-dir.

 

Ölkədə pandemiyaya yoluxanların ümumi sayı 2 600 498-ə, ölənlərin sayı isə 64 381-ə çatıb.

 

Almaniyada  ötən gün 22 924 nəfərə COVID-19 diaqnozu qoyulub.

 

Eyni dövr ərzində Qərbi Avropa ölkəsində 553 nəfər pandemiyanın qurbanı olub.

 

Beləliklə, Almaniyada indiyədək 1 742 661 nəfərdə koronavirus aşkarlanıb, 33 624 nəfər bu xəstəlikdən ölüb.

 

Böyük Britaniyada son sutkada 55 892 nəfər koronavirusa yoluxub. Bu, pandemiyanın başlanğıcından etibarən qeydə alınan ən yüksək göstəricidir. 

 

Son yoluxma sayı dekabrın 29-da qeydə alınan statistikanı da (55 135) geridə qoyub. 

 

Bununla da hazırda Britaniyada koronavirusa yoluxanların ümumi sayı 2 488 780 nəfərə çatıb.

 

Türkiyədə son sutka ərzində COVID-19-dan daha 239 nəfər ölüb. 

 

Ötən gün simptomları müəyyən edilməyənlərlə birlikdə  14 380 nəfər  COVID-19 xəstəsi olaraq qeydiyyata alınıb.

 

Qardaş ölkədə sağalan xəstə sayı 20 881, ağır xəstə sayı isə 3981 nəfər olub.

 

Pakistanda son gün ərzində 2 min 475 nəfər COVID-19-a yoluxub ki, bununla da xəstələrin sayı 479 min 475 nəfərə çatıb.

 

Ölkədə son sutkada koronavirusdan 58 nəfər vəfat edib. Ümumilikdə infeksiyadan ölənlərin sayı 10 min 105 nəfərə yüksəlib.

 

Müalicə müəssisələrində 34 min 537 xəstə var, 2 min 206 pasiyentin vəziyyəti isə kritikdir.

 

Gürcüstanda son sutkada koronavirusa 990 yeni yoluxma halı təsdiqlənib, 3 265 nəfər müalicə olunaraq sağalıb, 23 pasiyent isə ölüb.

 

Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a yoluxanların sayı 228 410 təşkil edir. Onların 214 992-si sağalıb, 2 528-i isə vəfat edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub