Koronavirusla mübarizədə YENİLİK - Ölümlərin qarşısını ala biləcək yeni vasitə
30.12.2020 15:13

Böyük Britaniya alimləri koronavirusun müalicəsində anticismlərdən istifadə etməklə yeni üsulun sınaqlarına başlayıblar.

 

Aztibb.az “Science Alert”ə istinadən xəbər verir ki, onun effektli olduğu sübut edilərsə, SARS-CoV-2-yə yoluxanlar COVID-19-un irəliləməsinə qarşı qorunma əldə edəcək.

 

“AZD7442” dərmanı “University College London Hospital” və “AstraZeneca” mütəxəssisləri tərəfindən yaradılıb.

 

“AZD8895” və “AZD1061” monoklonal anticismlər birləşərək, SARS-CoV-2 sünbül zülalının reseptorla bağlanma sahəsini hədəf alır. Koronavirus zülalının bu hissəsinə yapışan anticismlər virusun hüceyrəyə bağlanmasına və ona daha da daxil olmasına maneə törədir.

 

Alimlər aticismlərə onların təsir müddətlərini artıran (6-12 aya qədər) və həmçinin, xəstəliyin antikora bağlı ağırlaşma riskini azaldan dəyişikliklər ediblər.

 

Tədqiqatçılar ümid edirlər ki, bu, koronavirusa məruz qalan insanlarda COVID-19 simptomlarının irəliləməsinin qarşısının alınmasına kömək edəcək. Bu cür profilaktika, məsələn, qocalar evində saxlanılan yaşlı insanların həyatını xilas etməyə imkan verəcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub