Aİ və ÜST koronavirus xəstələrinin müalicəsi üçün Azərbaycana tibbi ləvazimatlar verib
30.12.2020 10:15

Avropa İttifaqı (Aİ) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-a yoluxmuş ağır xəstələrin müalicəsində istifadə olunması üçün 52 xəstə monitoru, 258 nazal oksigen kanulu, 258 venturi maskasi, 123 ədəd pulsoksimetr, tibbi ləvazimatların ehtiyat hissələri, eləcə də tibb işçilərinə COVID-19 pandemiyası ilə təhlükəsiz mübarizə aparmaqda kömək məqsədilə 987 min cüt müayinə əlcəyini Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə təhvil verib.

 

Aİ-dən Aztibb.az-a verilən məlumata görə, bu ləvazimatlar Avropa İttifaqının maliyyə dəstəyi ilə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı Nümayəndəliyi tərəfindən “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” layihəsi çərçivəsində ölkəyə gətirilib. Qeyd edək ki, 27 mart 2020-ci ildə Avropa İttifaqı Azərbaycan daxil olmaqla Şərqi Avropa və Qafqazda altı ölkədə COVID-19 pandemiyasının qarşısını almaq, virusu aşkar etmək və mübarizə aparmaq məqsədilə böyük həcmli yardım paketi ayırdığını elan edib. Daha əvvəl təşəbbüs çərçivəsində iyul və sentyabr aylarında fərdi qoyucu vasitələr və tibbi ləvazimatlardan ibarət iki yük Azərbaycana təhvil verilmişdi.

 

“Bugünkü imzalanma mərasimi ilə Azərbaycana təhvil verdiyimiz fərdi qoruyucu vasitələr və tibbi ləvazimatdan ibarət 3-cü və 4-cü yük, Avropa İttifaqı, Ümumdünya Səhiyyə Təşkilatı və Azərbaycan arasındakı tərəfdaşlıq və komanda işinin növbəti nümunəsidir,” deyə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas qeyd edib və Azərbaycan xalqına sağlam və xoşbəxt yeni il arzulayıb.

 

Aİ-nin maliyyə yardımı Azərbaycanda ilkin olaraq zəruri ləvazimatların alınması və digər fövqəladə ehtiyacların ödənilməsi məqsədilə istifadə edilib. “Layihənin hazırkı mərhələsində tibbi ləvazimatların gətirilməsinin davam etdirilməsi ilə bərabər, biz səhiyyə işçilərinə əlavə təlimlərin keçirilməsi və ölkənin daha köklü və uzunmüddətli səhiyyə ehtiyaclarının dəstəklənməsinə xüsusi diqqət yetiririk,” ÜST-nin Azərbaycandakı nümayəndəsi və Ölkə Ofisinin rəhbəri Dr Hande Harmancı bildirib.

 

“Hazırda COVID-19 pandemiyası ilə mübarizədə bütün dünya birləşərək səy göstərir. Düşünürəm ki, biz də Azərbaycanda güclərimizi birləşdirərək bu problemə qalib gələ bilərik. Təqdim edilmiş tibbi ləvazimatlar həm poliklinikalar, həm də xəstəxanaların ehtiyaclarının qarşılanmasında yardımçı olacaq” deyə Səhiyyə Nazirliyi Aparatının rəhbəri Dr Nadir Zeynalov qeyd edib və yardıma görə həm Avropa İttifaqına, həm də Ümumdünya Səhiyyə Təşkilatına öz təşəkkürünü bildirib.

 

Qeyd edək ki, eyni gündə COVID-19-un yayılmasına qarşı mübarizə səylərini dəstəkləmək üçün ÜST Səhiyyə Nazirliyinə 1 milyon ədəd tibbi maska təhvil verib. Bu ÜST-nin Azərbaycan Nümayəndəliyinin həyata keçirdiyi 2,5 milyon tibbi maskanın səhiyyə qurumları, həmçinin əhalinin həssas qrupları ilə çalışan dövlət insititutları və qeyri-hökumət təşkilətlarına paylanması kampaniyasının tərkib hissəsidir. Qeyd edək ki, daha əvvəl kampaniya çərçivəsində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinə (TƏBİB) 1 milyon, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə 250 min, Sosial Xidmətlər Agentliyinə 100 min, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi və “Sağlamlığa Xidmət” İctimai Birliyinin hər birinə 5 min ədəd maska təhvil verilib. Maskalarla bərabər bu təşkilatlara tibbi və qeyri-tibbi maskalardan düzgün istifadəyə dair maarifləndirici flayer və posterlər də paylanıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub