Bu vaksin sayəsində koronavirus məhv olacaq - Professor
30.12.2020 09:50

"Sinovac" şirkətinin "CoronaVac" vaksini uzunmüddətli qorumaya malikdir. Bütün ölkələr qarşıdakı 1,5 il ərzində öz əhalisinin 60 faizini koronavirus əleyhinə peyvənd edərlərsə, düşünürəm ki, bu xəstəlik keçib gedəcək".

 

Aztibb.az xəbər verir ki, bu fikirləri Türkiyə Koronavirus Epidemiyası Elmi Komitəsinin üzvü, professor Serhat Ünal deyib.

 

O, bildirib ki, peyvənd ciddi xəstəliklərin və ölümün qarşısını mütləq şəkildə alır: "Bunun nəticələrini yaxın günlərdə birlikdə görəcəyik. Vaksinlər uğurlu olacaq və gələn il ərzində bütün dünya bu problemdən qurtulacaq. Əvvəllər xəstəlik keçirənlər qeydlərdə görünəcək və ya xəstəliyə tutulduqlarını bəyan edəcəklər. Bu şəxslər ilk dövrdə peyvənd olunmayacaqlar. Çünki xəstəliyin özünün ən yaxşı vaksinasiya üsulu olduğu da məlumdur".

 

Professor peyvənddən sonra maska və sosial məsafə kimi qaydalara diqqət edilib-edilməyəcəyinə də aydınlıq gətirib. O, qeyd edib ki, peyvənd olunduqdan sonra ikinci doza vurulacaq və ikinci dozadan 14 gün sonra vaksinin necə qoruması barədə danışmaq mümkündür: səhiyyə qurumları "maskanı çıxara bilərsiniz" dedikdən sonra onu taxmaya bilərik. O günə qədər peyvənd olunsaq da, olunmasaq da maskanı mütləq taxmalıyıq. Son vətəndaşımız bu bəladan qurtulana qədər birlikdə mübarizə aparmağa davam edəcəyik. Səhiyyə Nazirliyi tərəfindən araşdırılan və əhaliyə tətbiqinə razılıq verilən istənilən peyvənddən qorxmadan yararlanmaq lazımdır". 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub