Eynəkli insanların maska problemi - Buxarlanmaması üçün nə etməli?
29.12.2020 22:06

Artıq bir ildir ki, koronavirus pandemiyası səbəbilə tibbi maska taxmaq məcburiyyəti həyatmızın yeni vərdişinə çevrilib. Bir reallıq da var ki, maskadan istifadə, eynək taxan insanlar üçün müəyyən çətinliklər yaradır. Açıq məkanlarda insanların eyni vaxtda həm maska, həm də eynəkdən istifadəsi onların həyatı üçün təhlükə yarada bilər. Çünki maska taxarkən eynək şüşələrinin buxar tutması görməni çətinləşdirir. Əgər bu vəziyyətdə yolu keçməyə çalışsanız, hər hansı bir təhlükənin fərqində olmaya bilərsiniz.

 

Bəs, maska taxarkən eynək şüşələrinin buxar tutmasının qarşısını necə almaq olar?

 

Aztibb.az xəbər verir ki, bir neçə sadə üsulla gün ərzində belə bir diskomfort vəziyyətdən xilas olmaq mümkündür:

 

-Birinci növbədə, maskanın üst hissəsindəki incə metal hissəsini burun şəklinə uyğun əyməyiniz məsləhət görülür. Bu halda nəfəs alıb-verərkən burnunuzdan çıxan hava axını eynəyin şüşəsinə təmas etməyəcək.



-Digər bir qayda isə eynəyi maskanın üstündən taxmaqdır. Bu zaman eynəyin burunluq hissəsi maskanı saxlayacaq və havanın yuxarıdan çıxmasına mane olacaq.



-Başqa bir üsul isə eynəyin şüşələrinə diş məcunu, yaxud qatı sabun sürtərək təmizləyib yaxşıca silməkdir.



-Bu problemi aradan qaldırmaq üçün yara bandından da istifadə etmək olar. Belə ki, maskanın burunla birləşən üst hissəsinə band yapışdıraraq onu buruna sabitləmək mümkündür. Bu da nəfəsin yuxarıya doğru axın edib şüşələri buxar tutmasının qarşısını alacaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub