Qeyri-bərabərlik və yoxsulluğun səviyyəsi virusun yayılmasını sürətləndirən faktorlar arasındadır - ÜST
29.12.2020 16:17

Koronavirusun mutasiyaya uğramış yeni formaları üzərində araşdırmalar davam edir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yaxın günlər və ya həftələrdə Böyük Britaniya və Cənubi Afrika Respublikasından (CAR) müvafiq tədqiqatların nəticələrinin elan ediləcəyi qənaətindədir.

 

Bu barədə danışan ÜST eksperti Maria van Kerkhove bu qəbildən olan araşdırmaların nəticələrinin əldə olunması zaman tələb etdiyini bildirib. O qeyd edib ki, istənilən virusun dəyişikliyə uğraması normaldır və bu cür dəyişikliklər gözlənilirdi və bir virus nə qədər uzun zaman insanlar arasında yayılırsa, onun bu cür dəyişilmələr üçün imkanları da çoxalır. Onun sözlərinə görə, hazırda qarşıda duran əsas sual peyvənd maddələrinin mutasiyaya uğramış formalara qarşı nə qədər təsirli olduğunu müəyyən etməkdir.

 

ÜST-ün baş direktoru Tedros Gebreyesus pandemiyadan gələcək üçün nəticə çıxarmağa çağırıb. O qeyd edib ki, insanlarda pandemiya ilə əlaqədar həssaslıq yüksəlib, lakın oxşar digər böhran vəziyyətlərinə hazırlaşmaq üçün əlavə hazırlıq müddətinə ehtiyac olac. Onun sözlərinə görə, koronavirus ötən dövrdə insanlara hansı problemlər içində olduqlarını aydın şəkildə nümayiş etdirib. Qeyri-bərabərlik, yoxsulluq və təcrid vəziyyətində olmanın səviyyəsi virusun yayılmasını sürətləndirən faktorlar arasındadır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub