Qorxu hissi ilə yaşayanların istənilən virusa yoluxması mümkündür
29.12.2020 14:36

Qorxu və həddindən artıq qorunanlar yeni növ koronavirus (COVID-19) infeksiyasına daha tez yoluxurlar. Doğrudur, diqqətli olmaq və qorunmaq tövsiyə edilsə də, psixoloji olaraq özünü buna hazırlamamaq bəzən yoluxmanı tezləşdirə bilər. Yoluxmanın artmasının kökündə psixoloji amillər də dayanır.

 

Aztibb.az xəbər verir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova deyib: “Bəzi insanlar xəstələnmədiyi və heç bir problem olmadığı halda eşitdiyi hansısa xəbərdən, kiminsə COVID-ə yoluxmasından özünü xəstəliyə yoluxmuş kimi görür. Təbii ki, bunlar obsessiv əlamətlərdir. Belə problemlərdən əziyyət çəkənlər çox ciddi gərginlik keçirir, həyəcan səviyyəsi artır və immunitetin səviyyəsi aşağı düşür. Belə vəziyyətdə olanda istənilən virusa yoluxmaq mümkündür”.

 

Psixoloqun dediyinə görə, belə insanlar çox vaxt düşünürlər ki, xəstəlik ölümə bərabərdir və bu düşüncələr xəstəliyin həqiqətən də ağırlaşmasına aparıb çıxarır. Ona görə də qorxu hissi yüksək olan belə insanlara yoluxma statistikası ilə maraqlanmaq da məsləhət görülmür. Bundan başqa koronaviruslu xəstələrin 80 faizində nevroloji əlamətlər aşkarlanır.

 

“Onlarda həyəcan səviyyəsi çox yüksəkdir, ipoxandiv, obsessiv, sayrışan hallar nevrozu çox olur və bu hallarla mübarizə aparmaq üçün psixoloji dəstəyə ehtiyac var. Ona görə də şüurda psixoloji olaraq özümüzü qorumaqla belə hallarla mübarizə aparmaq lazımdır”, - deyə Y. Əsgərova bildirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub