Misirdə koronavirusun ikinci dalğası başlayıb    
29.12.2020 14:05

Misirdə COVID-19-a yoluxanların sayı artıb. Bunu ölkənin səhiyyə naziri Halə Zayid yeni növ koronavirus pandemiyasının ikinci dalğasının başladığını bəyan edib.

 

Misir Səhiyyə Nazirliyinin məlumatına görə, son sutka ərzində ölkədə 1400 nəfər COVID-19-a yoluxub, 61 pasiyent isə həyatını itirib. Yoluxanların ümumi sayı 134 min nəfərə çatıb, 7466 pasiyent ölüb. Misir COVID-19-dan ölüm hallarına görə Afrika qitəsində ikinci, ərəb ölkələri arasında isə birinci yerdədir.

 

Səhiyyə Nazirliyi ölkəyə Çin istehsalı olan vaksinin ilk partiyasının gətirildiyi barədə məlumat yaysa da, kütləvi vaksinləmə prosesinin yaxın günlərdə başlayacağı gözlənilmir. Misirin Nazirlər Kabineti pandemiyanın daha çox yayılmasının qarşısını almaq məqsədilə Yeni il şənliklərinin keçirilməsini qadağan edib. Bundan başqa, ictimai nəqliyyatda və qapalı məkanlarda qoruyucu maskalardan istifadəyə nəzarət gücləndirilib, hospitallarda yenidən tibb personalının səfərbərliyi elan olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub