Virusoloqlar: Hava nəmləndiriciləri koronavirusu məhv edir
29.12.2020 11:33

Virciniya Texniki Universitetindən olan ABŞ alimləri koronavirusun ötürülməsi riskini azaltmaq üçün qapalı ərazilərdə hava nəmləndiricilərindən istifadənin kömək etdiyini müəyyənləşdiriblər.

 

Aztibb.az meddaily.ru-ya istinadla xəbər verir ki, rütubətin 40%-dən yuxarı səviyyədə, qış aylarında isə 60%-dən aşağı saxlanılması tövsiyə edilir.

 

Sübut edilib ki, bu şəraitdə virus sağ qalmır, orqanizmin qoruyucu sistemi, həmçinin tənəffüs orqanlarının selikli qişası quru hava şəraitinə nisbətən daha yaxşı işləyir. Alimlər hava yolu ilə virusun ötürülməsi ehtimalını yoxlamaq üçün apardıqları araşdırmalar zamanı bu nəticəyə gəliblər. Quru hava olan ərazilərdə virusun yayılma ehtimalının rütubətli havalı yerlərə nisbətən çox olduğu aşkarlanıb.

 

Alimlər bunu belə izah edirlər: aşağı rütubət zamanı virus hissəcikləri havada qalır və yoluxma qabiliyyətini saxlayır. Rütubətli havada koronavirusanın lipid qabığı daha sürətli dağılır ki, bu da patogeni inaktiv edir. Bununla yanaşı, havanın həddən artıq rütubətli olması da astma və allergiyalara səbəb olan göbələyin artması riskini yüksəldir. Həmçinin müəyyən edilib ki, daha yüksək temperaturlar koronavirusun səthlər vasitəsilə yayılmasına mane ola bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub