4 ölkədə pandemiya ilə bağlı son vəziyyət
29.12.2020 11:13

Pakistanda son sutkada 1974 nəfər koronavirusuna yoluxub, 55 xəstə bu virusdan vəfat edib.

 

Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 473 min 309 nəfər təşkil edib, ümumilikdə ölənlərin sayı isə 9929 nəfər olub.

 

Müalicə müəssisələrində 39 min 488 xəstə olduğu bildirilir, onların 2263-nün vəziyyəti ağırdır. 423 min 892 nəfər infeksiyadan sağalaraq evə buraxılıb.

 

Rumıniyada koronavirusa yoluxanların sayı 618 min 429 nəfərə çatıb.

 

Son 24 saat ərzində 2620 yeni yoluxma hadisəsi baş verib. Koronavirusdan ölənlərin sayı 15 min 334 nəfərdir. 543 min 341 nəfər sağalıb.

 

Gürcüstanda ötən sutkada daha 2 012 nəfərə koronavirus diaqnozu qoyulub, 2 638 nəfər sağalaraq evə buraxılıb, 25 pasiyent isə vəfat edib.

 

Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 224 155 nəfər yoluxub ki, onların da 208 951-i sağalıb, 2 443-ü isə ölüb.

 

Ermənistanda son sutka ərzində COVID-19 infeksiyasına 348 yoluxma halı qeydə alınıb.

 

Son sutkada 22 nəfər koronavirusdan ölüb və bununla da ölkədə xəstəlikdən ölənlərin ümumi sayı 2 797 nəfərə çatıb.

 

Ermənistanda indiyədək koronavirusa yoluxanların ümumi sayı 158 296, xəstəlikdən sağalanların sayı isə 140 942 nəfərə yüksəlib.

 

Karantin zonalarında 401, stasionar nəzarətdə 5 480 nəfər var. 1 287 nəfər isə xüsusi otellərdə tibbi nəzarətdə saxlanılır.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub