COVID-19-dan sağalanlarda virusa qarşı toxunulmazlıq 8 ay davam edir - Araşdırma
29.12.2020 11:37

Yeni növ koronavirusdan (COVID-19) sağalmış insanlarda virusa qarşı qazandıqları immunitetin 8 ay davam edəcəyi müəyyən edilib.

 

COVID-19 xəstələrinin bu virusa qarşı nə qədər uzun müddət immunitetli olduqlarına dair araşdırma Avstraliyalı alimlər tərəfindən "Science Immunology" jurnalında dərc edilib.


Aztibb.az medimagazin.com.tr-yə istinadla xəbər verir ki, Monash Universiteti, Alfred Xəstəxanası və Burnet İnstitutu tərəfindən aparılan araşdırmada COVID-19 diaqnozu qoyulmuş 25 xəstədən və virusa yoluxmayan 36 nəfərdən alınan qan nümunələri analiz edilib.


COVID-19 xəstələrinin qan nümunələrində anticisimlərin simptomlar görünməyə başladıqdan 20 gün sonra təsirini itirdiyi müşahidə edilib.


Araşdırmada, həmçinin müəyyən edilib ki, anticisimlər yox olsa belə, yaddaş B hüceyrələri qalır və bu hüceyrələr 8 ay ərzində COVID-19-a qarşı toxunulmazlıq təmin edir.

 

Monash Universitetindən olan immunoloq Menno Van Zelm peyvəndin yaratdığı toxunulmazlığın nə qədər davam edəcəyinin sual altında olduğu və apardıqları araşdırmaların peyvəndin uzun müddət qorunmanı təmin etməsinə böyük ümid vəd etdiyini bildirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub