Marqarinin yaratdığı XƏSTƏLİKLƏR - Bu yağlarla əvəz edin - SİYAHI 
29.12.2020 00:29

Gündəlik qida rasionumuzda müxtəlif mənşəli yağlardan istifadə etmək sağlamlığımız üçün əsas şərtlərdən biridir. Bunlar doymuş və doymamış yağlar olmaqla iki yerə bölünür.

 

Bu yağların hər biri insan orqanizminə fərqli şəkildə təsir göstərə bilər. Xüsusilə hazır qidalarda tez-tez qarşılaşdığımız trans yağlar özündə sağlamlığa zərər vuracaq risklər daşıyır. Trans yağların kimyəvi quruluşuna baxdığımız zaman onların maye yağlardan çox da fərqli olmadığını görə bilərik. Lakin bu yağları fərqləndirən ən başlıca amil onların təbii deyil, tamamilə sintetik, yəni süni yağ olmasıdır. Trans yağlar doymamış yağlara (günəbaxan, zeytun və s.) hidrogen atomu əlavə edilməsiylə otaq temperaturunda qatı hala gətirilərək əldə edilən doymuş yağlardır (məsələn, marqarin).

 

Trans yağların yarada biləcəyi xəstəliklər

 

Araşdırmalara görə, trans yağların istehsalı zamanı əmələ gələn oksidlənmiş yağlar bədəndə iltihabı artıra bilər.

 

Belə ki, aşağıda qeyd edilən xəstəliklərin çoxu trans yağların səbəb olduğu damar daralması, yüksək xolesterol və ya damar sərtliyi nəticəsində yaranır.


- Alzheimer xəstəliyi
- Xərçəng xəstəliyi
- Diabet
- Piylənmə
- Qaraciyər xəstəlikləri
- Ürək xəstəlikləri
- Qadınlarda sonsuzluq
- Depressiya
- Ana südünün keyfiyyətinin aşağı düşməsi

 

Aparılan araşdırmalar göstərib ki, orqanizmində trans yağ səviyyəsi yüksək olan insanların infarkt keçirmə riski 3 qat daha artıqdır. 

 

Trans yağlarının insan orqanizminə potensial zərərli təsirləri səbəbindən hazırda bir çox məhsullar marqarinə alternativ olaraq istifadə olunur, bunların əksəriyyəti əlçatan olur.

 

Aztibb.az Medikforum.ru-ya istinadən marqarin əvəzinə istifadə edilməsi məsləhət görülən yağların siyahısını təqdim edir.

 

Kərə yağı

 

Marqarin xərçəng, piylənmə, diabet riskinin azaldılması da daxil olmaqla bir sıra faydası olan butirat və konjuge linoleik turşusu kimi maddələr və birləşmələrlə zəngin olan kərə yağını əvəz etmək məqsədi daşıyıb.

 

Ərinmiş yağ

 

Ərinmiş yağ uzun müddət yağı bişirərək, bütün süd qalıqlarını və suyunu süzərək əldə edilir.

 

Bu yağ Hindistan və Orta Şərq mətbəxinin əsas məhsuludur.

 

Təbii qaymaqlı pendir

 

Qaymaqlı pendirin tərkibində az miqdarda karbohidrat və zülal olmasına baxmayaraq, ilk növbədə sağlam yağların mənbəyidir. Adətən qənnadı məmulatlarında istifadə olunur. Qaymaqlı pendir həmçinin A vitamini mənbəyi hesab olunur.

 

Zeytun yağı

 

Zeytun yağı pəhrizdə əsas yer tutur və bədəni hüceyrə zərərlərindən qorumağa kömək edən antioksidanlarla zəngindir.

 

Hindistancevizi yağı

 

Çoxları tərəfindən super qida hesab edilən hindistan cevizi yağı sağlamlığa faydaları olan çox sayda vacib qida ehtiva edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama