COVID-19 və digər virus infeksiyaları zamanı yaranan qoxu itkisi arasındakı fərq
28.12.2020 23:07

Koronavirusun əsas əlamətlərindən biri qoxu və dad hissinin itməsidir. Xüsusilə son dövrdə virusa yoluxanların əksərində bu əlamətlər müşahidə olunur. Bəzi mütəxəssislər isə qoxu, dad itkisinin tək COVID-19-a xas olmadığını, digər respirator virus infeksiyalarına yoluxmada da müşahidə edildiyini açıqlayırlar.

 

Aztibb.az Rusiya KİV-inə istinadən bildirir ki, Rusiyalı terapevt Elena Selkova COVID-19 və kəskin respirator virus infeksiyaları zamanı qoxu itkisi arasındakı fərqi açıqlayıb.

 

Həkim bildirib ki, koronavirus zamanı qoxu itkisi burunun selikli qişasında yığıntı olmadan, yəni burun axıntısı olmadan yaranır.

 

"Burun axmır, onun tıxanıqlığı və ümumiyyətlə, nəfəs almaqda çətinlik olmur", - deyən mütəxəssis, bir neçə gündən sonra xəstəliyin əsas əlamətlərinin görünməyə başladığını söyləyib. Həkim əlavə edib ki, kəskin tənəffüs yolları xəstəliklərində qoxu hissi itir, ancaq bu zaman burunun selikli qişası tıxanır, bu bölgədə mukus yığılır və tıxanma hissi yaranır.

 

Bundan əvvəl, E.Selkova, qoxu itkisinin tək koronavirus deyil, ciddi bir xəstəliyə işarə ola biləcəyini söyləyib. O, qeyd edib ki, burunun selikli qişasının şişməsi ilə qoxu yox ola bilər. Bir qayda olaraq, bu, xüsusilə yazda çiçəkləmə dövründə kəskin tənəffüs xəstəlikləri və ya allergik reaksiyalar səbəbindən baş verir. Əlavə olaraq, qoxu itkisi ürək böhranından sonra və ya burunun xəlbir sümüyünün qırılması ilə bağlı baş verə bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub