"Sinovac"ın koronavirus vaksini: əsas üstünlükləri
28.12.2020 22:58

COVID-19-a qarşı Çində hazırlanmış "Sinovac" əczaçılıq şirkətinin "CoronaVac" vaksini kliniki sınaqlardan uğurlu keçdiyinə görə artıq bir çox ölkələrin marağına səbəb olub. 

 

Effektivlik

 

Çin "CoronaVac"ın iyul ayından yüksək risk qrupları üçün istifadə olunduğunu təsdiq edib. Çinin Milli Sağlamlıq Komissiyasının rəsmisi Zheng Zhongwei bildirib ki, 1 milyondan çox insan peyvənd olunub, ciddi mənfi təsir qeydə alınmayıb.

 

Aztibb.az xəbər verir ki, "The New York Times" qəzetinin məlumatına əsasən, İndoneziya və Türkiyə indiyədək "CoronaVac" vaksininin ən yüksək effektivlik faizini qeydə alan ölkələr olub, müvafiq olaraq 97 və 91.25%.

 

"CoronaVac"ın əsas üstünlükləri:

 

• sürətli immun cavab reaksiyası; 

• öldürülmüş virus hissəciklərindən istifadə olunması (digər vaksinlərdə organizmə virusdan götürülmüş kodlar yeridilir. Bunun gələcəkdə daha hansı xəstəliklərə səbəb olacağı hələlik məlum deyil);

• daha çox ölkədə kliniki testdən uğurlu şəkildə çıxması;

• soyuducuda 2-8 dərəcə temperaturda saxlanıla bilməsi daşınmasını asanlaşdırır ("Pfizer" vaksini -70 dərəcədə saxlanılmalıdır);

 

Sifariş edən ölkələr

 

Çinin verdiyi məlumata görə, 100-dən çox ölkə - Türkiyə, İndoneziya, Braziliya, Çili, Sinqapur, Malayziya, Filippin, Ərəb Körfəzi və bir çox digər dövlət "CoronaVac" vaksinini sifariş ediblər. İstehsalçı "Sinopharm" şirkəti açıqlama verib ki, artıq 500 milyon doza vaksin istehsal olunub. 

 

Diqqəti cəlb edən məqam odur ki, hazırda Çində gündəlik yoluxmaların sayı 20-30 nəfər arasındadır. Bu, dünya üzrə ən aşağı göstəricilərdən biridir.  

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub