Professor: "Koronavirusdan qorunmaq üçün əlimizdə olan ən güclü silah peyvənddir"
28.12.2020 17:20

Türkiyəli könüllülər Çində istehsal olunan "Sinovac" vaksinindən razıdırlar. Belə könüllülərdən biri də Akdeniz Universitetinin rektoru, professor Özlənən Özkandır. Xanım rektor öz istəyi ilə prosedura uyğun olaraq "Sinovac" vaksinindən iki doza vurdurub.

 

Aztibb.az xəbər verir ki, professor Özlənən Özkan Türkiyə mediasına açıqlamasında "Sinovac"ın əks təsirini görməyini bildirib. Sadəcə olaraq, birinci dozanın qəbulundan sonra azacaq baş və əzələ ağrısı, ikincidən sonra isə bir qədər halsızlıq hiss edib. Lakin bunlar qısa zamanda keçib gedib.

 

Yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxan bəzi qohumlarının bu xəstəlikdən çox əziyyət çəkdiklərini və bu acı mənzərəni sıxıntı ilə seyr etdiyini söyləyən rektor Özlənən Özkan bildirib ki, xəstəlikdən qorunmaq üçün əlimizdə olan ən güclü silah peyvənd olunmaqdır.

 

Qeyd edək ki, Türkiyə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı peyvəndləmə aparmaq üçün Çində istehsal olunan “Sinovac” vaksinindən 50 milyon doza sifariş edib. Bu peyvəndin ilk partiyasının dekabrın 28-də Türkiyəyə gətirilməsi gözlənilir. Səhiyyə işçiləri başda olmaqla yaxın günlərdə kütləvi peyvəndləmə başlanacaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub