İsveçrədə koronavirusun CAR mənşəli mutasiyasına yoluxma halı aşkarlanıb
28.12.2020 17:12

Koronavirusun mutasiyaya uğramış yeni variantına görə bir çox ölkələr Böyük Britaniya və Cənubi Afrika Respublikası (CAR) ilə hava nəqliyyatını dayandırsalar da, İsveçrədə bu tədbirlər faydasız olub.

 

Aztibb.az xəbər verir ki, dekabrın 27-də İsveçrədə ilk dəfə CAR mənşəli yeni variantın aşkar edildiyi iki yoluxma halı müəyyən edilib. İsveçrə Federal Səhiyyə İdarəsinin məlumatına görə, yoluxmuş şəxslərdən biri Şvis kantonunda, digəri isə artıq Fransa ərazisindədir. Hər iki yoluxma halı Sürix Texniki Ali Məktəbinin həyata keçirdiyi tədqiqat layihəsi nəticəsində müəyyən edilib. Belə ki, ali tədris ocağının mütəxəssisləri təsadüfi seçilmiş 500 test nəticəsini təkrar yoxlayıblar və Cənubi Afrika mutasiyasını aşkarlayıblar. Test nümunələri arasında virusun Böyük Britaniya variantına rast gəlinməyib.

 

Federal Səhiyyə İdarəsi yaydığı məlumatda bir daha xəbərdarlıq edib ki, dekabrın 14-dən sonra Böyük Britaniya və CAR-dan İsveçrəyə səfər edən şəxslər iki həftəlik özünütəcrid qaydalarına əməl etməlidirlər. Lakin müəyyən edilib ki, Vallis kantonunun Verbier qış idmanı mərkəzində yüzlərlə britaniyalı turist bu qaydanı pozaraq, qaldıqları otelləri tərk ediblər. Yüzlərlə ingilis turist otellərini tərk edərkən haraya yola düşmələri barədə məlumat verməyiblər.

 

Qeyd edilməlidir ki, indiyədək İsveçrədə üç şəxsdə Böyük Britaniyada aşkarlanan koronavirus variantı müəyyən edilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub