Kişilər COVID-19-u daha ağır keçirirlər
28.12.2020 13:24

Üç milyondan çox insana dair məlumatı əhatə edən ən yeni metaanaliz yeni növ koronavirus (COVID-19) ağırlaşması və həmin infeksiyadan ölüm riskinin kişilərdə əhəmiyyətli dərəcədə yüksək olduğunu təsdiqləyib.

 

Aztibb.az-ın xarici saytlara istinadən məlumatına görə, alimlər pandemiyanın ilk aylarından COVID-19-un ağır formasına daha çox kişilərdə rast gəlindiyinə diqqət yetiriblər. Bununla belə yeni metaanalizin müəllifləri bildirirlər ki, əldə edilən məlumatlar koronavirus infeksiyasından kişilərin daha çox ölməsinə onların daha çox xəstələnməsinin, yoxsa həqiqətən xəstəliyi ağır keçirməsinin səbəb olduğunu anlamağa imkan vermir.

 

Əvvəllər aparılmış tədqiqatların daha bir yetərsizliyi budur ki, həmin tədqiqatlarda SARS-CoV-2 infeksiyalarının qlobal statistikası, adətən, təhlil olunmurdu. Alimlər hesab edirlər ki, COVID-19-un ağılaşmış gedişinin kişilər və qadınlar arasındakı fərqliliyinin təsdiq olunması həmin problemə münasibəti dəyişə bilər. Metaanalizin müəllifləriin fikrincə, COVID-19-un ağılaşmasında kişi cinsi amili lazımınca dəyərləndirilməyib.

 

Yeni metaanaliz üçün alimlər 46 ölkədən və ABŞ-ın 44 ştatından ümumilikdə 90 hesabatı təhlil ediblər. Hesabatlarda SARS-CoV-2-yə yoluxmuş üç milyondan çox xəstə barədə məlumatlar olub.

 

Aşkarlanıb ki, kişilər və qadınların SARS-CoV-2-yə yoluxma riski eynidir. Ancaq bu infeksiya ilə intensiv müalicə palatasına yerləşdirilən kişilərin sayı qadınlardan 2,84 dəfə çoxdur. Ölüm riski isə 1,39 dəfədən yüksəkdir.

 

Alimlər hesab edirlər ki, COVID-19-un ağırlaşmış gedişindəki fərq müxtəlif cinslərə mənsub adamların immunitet xüsusiyyətləri ilə əlaqədardır. Bundan başqa, qadınlara nisbətən kişilərdə yanaşı xəstəliklərin daha çox yayılmasının və digər bioloji amillərin də ciddi rolu var.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub