ABŞ-da peyvənd vurduran həkim reanimasiyaya yerləşdirildi
27.12.2020 19:14

ABŞ-da "Moderna" şirkətinin hazırladığı koronavirus əleyhinə peyvənddən ilk allergik reaksiya qeydə alınıb. Belə bir hal peyvənd olunan həkimdə aşkarlanıb.

 

Bu barədə "CNN" telekanalı məlumat yayıb.

 

"Peyvənd vurulduqdan sonra taxikardiya hiss etdim, amma bunun narahatlıqdan qaynaqlandığını düşündüm. ABŞ-da "Pfizer"ə (şirkətin hazırladığı vaksin-red) olan reaksiyalar, xüsusi ilə xərçəngkimilərə allergiyası olan şəxslərdəki reaksiya barədə eşitdikdən sonra qorxurdum", - deyə həkim telekanala müsahibəsində bildirib.

 

Onun sözlərinə görə, peyvənd vurulduqdan 6-7 dəqiqə sonra boğaz və dilində keyimə hiss edib. Bundan əlavə, həkimdə qan təzyiqi aşağı düşüb. Ona dərhal həyat üçün təhlükəli allergik reaksiya zamanı tətbiq olunan "EpiPen" preparatı vurulub və reanimasiyaya aparılıb. Həkim dörd saat sonra isə evə buraxılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər