"Mövcud pandemiya insanlar, heyvanlar və planetin sağlamlığı arasında sıx əlaqəni göstərdi" - ÜST
27.12.2020 18:59

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreisus yeni pandemiyalar barədə xəbərdarlıq edib.

 

“TASS”ın məlumatına görə, bu barədə o, Beynəlxalq Epidemiya əleyhinə hazırlıq Günü ilə əlaqədar yayımlanan videomüraciətdə bildirib.

 

Onun sözlərinə görə, 2020-ci ildə meydana çıxan pandemiya sonuncu olmayacaq, belə ki, virusların yayılması həyati reallıqdır.

 

“İnanmaq çətindir ki, hələ bir il əvvəl “COVID-19” bizə tamamilə naməlum idi. Son 12 ay ərzində bizim dünya alt-üst oldu”, - deyə ÜST rəhbəri vurğulayıb.

 

Qebreisus baş vermiş hadisədən dərs götürməyə, xüsusilə fövqəladə halların qarşısının alınmasına investisiyalar yönəltməyə və ilkin tibbi yardımı inkişaf etdirməyə çağırıb. O, həmçinin insanlar və heyvanlar arasında kritik vacib qarşılıqlı əlaqəni, eləcə də iqlim dəyişikliyi ilə bağlı təhdidləri nəzərə almağı lazım bilib - çünki mövcud pandemiya insanların, heyvanların və planetin sağlamlığı arasında sıx əlaqəni göstərdi.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər