İsveç, İspaniya və Kanada da COVID-19-un təhlükəli forması aşkarlandı
27.12.2020 10:56

İsveçdə koronavirusun yeni ştamına bir yoluxma aşkar edilib.

 

Aztibb.az xəbər verir ki, COVID-19-un yeni variantı Böyük Britaniyadan Milad bayramını bu ölkədə qeyd etmək üçün İsveçə gəlmiş səyahətçidə aşkarlanıb. Virusa yoluxmuş şəxs təcrid olunub. Bundan başqa koronavirusun yeni ştamına yeni yoluxma hələ qeydə alınmayıb.

 

İspaniyanın “El Mundo” qəzeti də öz növbəsində COVID-19-un yeni növünə dörd yoluxma halının üzə çıxarılması haqqında bildirib.

 

Nəşrin informasiyasına əsasən, virusa yoluxmuş üç şəxs bir ailənin üzvləridir. Bunlar ər, arvad və onların qızıdır. Onların hamısının bu yaxınlarda Britaniyadan gəlmiş qohumlarından virusa yoluxduqları güman edilir. Yaşca cavan insan qayıdışından sonra test verib və yoluxma aşkarlanıb. Daha sonra xəstəxanaya yoluxma simptomları ilə onun ailə üzvləri müraciət ediblər və onlarda “Britaniya ştammı" aşkarlanıb.

 

Həmçinin Kanadanın Ontario əyalətində koronavirusun yeni formasına yoluxma aşkar edilib.

 

Virusa yoluxan cütlüklər Daremdə yaşayır. Bu insanların son zamanlar hər hansı əraziyə səyahətlər etmədikləri məlumdur. İndi onlar özünü təcridetmədədir.

 

Qeyd edək ki, dekabrın 14-də Britaniyanın Səhiyyə naziri Mett Henkok bildirib ki, ölkədə koronavirusun yeni ştammı aşkarlanıb. Koronavirusun yeni ştammı daha çox yoluxucudur, buna görə də təhlükəli sayılır.

 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər