Nigeriyada daha bir koronavirus mutasiyası aşkarlanıb
27.12.2020 10:20

Koronavirus ştammının başqa bir mutasiya olunmuş versiyası Afrika ölkəsi Nigeriyada tapılıb.

 

Aztibb.az xəbər verir ki, bundan əvvəl İngiltərə və Cənubi Afrikada aşkarlanan mutasiya olunmuş ştammlar onların beynəlxalq səviyyədə təcrid edilmələrinə səbəb olub.

 

Cəmi bir neçə gün əvvəl Böyük Britaniya alimləri bildiriblər ki, onlar sentyabr ayında Kent qraflığında koronavirusun yeni mutasiya edilmiş versiyasını aşkar ediblər. Tədqiqatçılarn hesablamalarına görə, 70 faiz daha yoluxdurucu olan məhz bu ştamm dekabrın 2-də ümummilli karantin bitdikdən sonra İngiltərədə COVID-19-a tutulma hallarının kəskin sıçrayışına gətirib çıxarıb. Nəticədə hakimiyyət orqanları yenidən Londonda və bəzi digər regionlarda sərt məhdudiyyətlər tətbiq etməyə məcbur olub. İndi isə bununla bağlı Milad bayramı ərəfəsində sayca üçüncü ümummilli lokdaunun zəruriliyi müzakirə olunur.

 

İngilis alimləri vurğulayıblar ki, yalnız onların bu sahədəki yüksək peşəkarlığı sayəsində mutasiya edən ştammı ilk olaraq tapmaq mümkün olub və bu heç də o demək deyil ki, sözügedən ştamm əvvəl məhz Böyük Britaniya ərazisində peyda olub. Bu sözlərin təsdiqi olaraq qeyd edək ki, COVID-19-un oxşar mutasiyadan olan versiyası Cənubi Afrika Respublikasında aşkar edilib. Bu arada dərhal onlarla ölkə dumanlı Albionla, daha sonra isə Cənubi Afrika ilə hava əlaqələrini kəsib.

 

Afrikanın Xəstəliklərə Nəzarət və onların profilaktikası Mərkəzinin rəhbəri Con Nkengasong Nigeriya ərazisində koronavirusun mutasiya edən P681H adlı daha bir ştammını müəyyən ediblər. Bu ştammın Böyük Britaniya və Cənubi Afrikada aşkarlanmış digər mutantlardan fərqləndiyi bildirilir. Qeyd edək ki, hələlik həkimlər P681H adlı Nigeriya ştammının daha yoluxucu olmasına əmin deyillər. Bu baxımdan onun araşdırılması üçün daha çox vaxt tələb olunur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub