Alimlər koronavirusun gözlənilməz yayılma yolu barədə xəbərdarlıq edib
26.12.2020 20:59

Cənubi koreyalı alimlər koronavirusun çoxmənzilli binalardakı havalandırma sistemləri vasitəsilə yayıla biləcəyini müəyyənləşdiriblər.

 

Aztibb.az xəbər verir ki, onların müvafiq hesabatı “Science Direct” portalında dərc olunub. Tədqiqata Seul şəhərindəki yaşayış kompleksinin müxtəlif mərtəbələrində yaşayan bir neçə ailənin eyni vaxtda COVID-19 infeksiyasına yoluxması səbəb olub.

 

Əvvəlcə binanın altıncı mərtəbəsinin sakinləri koronavirusa yoluxub, sonra infeksiya dördüncü və beşinci mərtəbədəki qonşulara keçib. Sonradan 10-cu və 11-ci mərtəbələrin sakinləri də eyni aqibətlə üzləşib. Yoluxanlar bir-biri ilə təmasda olmadıqlarını, onlardan ikisi hətta liftdən belə istifadə etmədiklərini bildirib.

 

Tədqiqat zamanı məlum olub ki, mənzillərin hamısı ümumi havalandırma sisteminə birləşib. Alimlərin fikrincə, virus mənzillərə hamam otağındakı havalandırma dəlikləri vasitəsilə daxil olub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər