Misir Milli Seçki Komissiyasının sədri koronavirusdan vəfat edib
26.12.2020 20:57

Misir Milli Seçki Komissiyasının (MSK) sədri Ləşen İbrahim COVID-19-dan dünyasını dəyişib.

 

Aztibb.az xəbər verir ki, məlumatı komissiyanın mətbuat xidməti yayıb.

 

MSK sədrinin vəfatı ilə əlaqədar Misir Xarici İşlər Nazirliyi və digər rəsmi orqanlar mərhumun ailəsinə başsağlığı veriblər. L.İbrahim bu ölkədə yeni növ koronavirusdan vəfat edən ilk yüksəkvəzifəli məmurdur.

 

Qeyd edək ki, son günlər Misirdə COVID-19-dan ölüm halları kəskin artıb. Belə ki, iki gün ərzində 100-ə yaxın insan bu xəstəlikdən dünyasını dəyişib. Misirin Səhiyyə Nazirliyi COVID-19 əleyhinə Çin istehsalı olan vaksinlərin kiçik partiyasını ölkəyə gətirib. Yaxın aylarda 110 milyon əhaliyə vaksin vurulması prosesinə başlanacağı bildirilir.

ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Səadət Bayramova: Səhiyyədə QHT–dövlət əməkdaşlığı daha sistemli qurulmalıdır
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?
Təcili tibbi yardım sahəsində peşəkar pediatr
İnfeksion nəzarət - ictimai səhiyyənin təməli olan bir ixtisasdır  
Hərəkət məhdudiyyətli qız uşaqlarının dispanserizasiyası başa çatıb
Tədris Cərrahiyyə Klinikasında növbəti mürəkkəb cərrahi əməliyyat 
Kardiologiya ixtisası - milli səhiyyə təhlükəsziliyinin strateji istiqaməti
Həddindən artıq isti hava beyin üçün təhlükə yaradır
TƏBİB tərəfindən patronaj xidmətinin keyfiyyətinin təkmilləşdirilməsi məqsədilə təlimçilərin hazırlığı proqramı həyata keçirilib