Bu ölkədə üçüncü sərt karantin rejimi qüvvəyə minib
26.12.2020 16:07

Dekabrın 26-da Avstriyada koronavirus pandemiyası başlayandan bəri sayca üçüncü sərt karantin rejimi qüvvəyə minib.

 

Xarici KİV-lərin məlumatına görə, dekabrın 7-də karantin qaydaları Milad bayramı ilə əlaqədar yumşaldılmış, ticarət obyektlərinin fəaliyyəti bərpa olunmuş və yaxın ailə üzvlərinin iştirakı ilə Milad bayramının qeyd edilməsinə icazə verilmişdi. Artıq bayram günləri başa çatdığına görə, ölkədə sərtləşdirilmiş karantin qaydaları üç həftə müddətinə yenidən qüvvəyə minib. Yanvarın 18-dək qüvvədə olacaq qaydalara əsasən, ölkədəki bütün ticarət və ictimai-iaşə obyektləri qapalı olacaq, məktəblərdə tədris distant qaydada aparılacaq. Mədəni-kütləvi, idman və əyləncə mərkəzlərinin bağlı olduğu dövr ərzində yalnız dağ-xizək idmanı mərkəzlərinin fəaliyyətinə icazə veriləcək.

 

Yanvarın 15-də Avstriyada keçiriləcək kütləvi testlərdə könüllü şəkildə iştirak edən və mənfi test nəticəsi alanlar üçün karantin rejimi yanvarın 18-də başa çatacaq. Bu testlərdə iştirak etmək istəməyənlər isə yanvarın 25-dək yalnız peşə fəaliyyəti, gündəlik tələbat mallarının alınması, köməyə ehtiyacı olan insanlara yardım və fiziki bədən tərbiyəsi məqsədilə ilə evlərini tərk edə biləcəklər.

 

Hazırda Avstriyada koronavirusa gündəlik yoluxma hallarının sayı 1500-2000 arasında dəyişir. Lakin ekspertlərin rəyinə görə, dekabrın 7-dən 26-na kimi karantin qaydalarının yumşaldılmasının nəticəsi olaraq yaxın günlərdə yoluxma hallarının kəskin artımı müşahidə oluna bilər və buna görə də Yeni il bayramında ”1+1” düsturuna (bir ailədən yalnız bir nəfər başqa bir ailəyə qonaq gedə bilər) riayət olunmalıdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər