Vaksinasiyanın aparılmasına başlanılarsa, bu bəladan tez xilas olarıq - Mütəxəssis
26.12.2020 15:48

Hazırkı dövrdə COVID-19 infeksiyasına qarşı vaksinasiyanın aparılması pandemiyadan xilas olmadığımız üçün ən əsas yoldur. Buna görə də nə qədər tez müddətdə vaksinasiyanın aparılmasına başlanılarsa, bir o qədər tez bu bəladan xilas olmuş olarıq.

 

Aztibb.az xəbər verir ki, bunu Trend-ə tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva deyib.

 

Artıq bəzi ölkələrin vaksinasiyaya başladığını, bəzilərinin isə buna hazırlıq apardıqlarını xatırladan mütəxəssis qeyd edib ki, vaksinasiya üçün düzgün peyvəndin seçilməsi olduqca vacibdir:

 

"Məsələn, Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib ki, ölkələri vaksin seçimində inaktivləşdirilmiş vaksin platformasına üstünlük verilib. Türkiyə hər hansı vaksini seçməzdən əvvəl onu öz əhalisi arasında kliniki sınaqdan keçirməyin faydalı olduğunu nəzərə alaraq, inaktivləşdirilmiş "CoronaVac" vaksininə üstünlük verilib. "Sinovac" şirkətinin hazırladığı "CoronaVac" vaksininin Türkiyə üzrə nəticələri 91,25% effektivlik göstərib".

 

Azərbaycanın da "CoronaVac" kimi effektivlik faizi yüksək olan vaksinlərdən istifadə etməsinin tərəfdarı olan Y.Abdiyeva deyib ki, ÜST tərəfindən bir vaksinin minimum 50% effektiv olması yetərli sayılır. Vaksinin effektivlik faizinin 90-nı ötməsi isə onun nəticəsinin səmərəli və təhlükəsiz olacağı anlamına gəlir.

 

Vaksinasiyanın indyədək bir çox yoluxucu xəstəliklərin müalicəsində istifadə edildiyini deyən ekspert əhalini də keçiriləcək vaksinasiya tədbirlərində aktiv iştirak etməyə çağırıb:

 

"Rəsmi məlumatlara görə, gələn illin əvvəlindən vaksinasiyaya başlamaq nəzərdə tutulur. İlk növbədə risk qrupuna daxil olan insanların COVID-19 virusuna qarşı vaksinasiyası aparılacaq. Bu iş könüllü həyata keçiriləcək. Bu gün ağır pandemiyadan qurtulmağın vaksinasiyadan başqa yolu yoxdur. Çünki yalnız vaksin insan orqanizmində virusa qarşı süni immunitet yaradır və onu virusdan qoruyur. İnsanlar vaksinasiyanın səmərəsinə inanmalı və bunu qəbul etməlidirlər".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər