Bir sıra ölkələrdə pandemiya ilə bağlı son vəziyyət
26.12.2020 10:28

Fransada COVID-19 pandemiyasına son sutkada 20 min 262 yeni yoluxma və xəstəxanalarda 159 ölüm faktı qeydə alınıb.

 

COVID-19 pandemiyası başlayandan ölkədə 2 milyon 547 min 771 yoluxma qeydə alınıb. Pandemiya qurbanlarının ümumi sayı 62 min 427-yə çatıb.

 

Xəstəxanalarda 24 min 392 koronavirus xəstəsi müalicə alır. Reanimasiya şöbələrində 2625 ağır xəstə var.

 

Fransada dekabrın 27-dən “Pfizer-BioNTech” peyvəndinin vurulmasına başlanılacaq.

 

Braziliyada koronavirusa 22 967 yeni yoluxma faktı qeydə alınıb.

 

Son 24 saat ərzində analiz nümunələri müsbət çıxan 456 nəfər vəfat edib.

 

İndiyədək ölkədə 7 448 560 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 6 459 335 pasiyent müalicə olunaraq sağalıb, 190 488 xəstə vəfat edib, aktiv xəstə sayı 798 737-dir.

 

Yaponiyada ötən sutka ərzində 3831 nəfərdə koronavirusa yeni yoluxma halı qeydə alınıb.

 

Həmin gün koronavirusun yaratdığı xəstəlikdən 63 nəfər həyatını itirib.

 

Beləliklə Yaponiyada koronavirusa yoluxanların ümumi sayı 215 min 265 nəfərə çatıb. Koronavirusun əmələ gətirdiyi xəstəlikdən həyatını itirənlərin ümumi sayı isə 3199 nəfər olub.

 

Gürcüstanda son sutkada daha 1 784 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib, 4 119 nəfər müalicə olunaraq sağalıb, 39 pasiyent isə vəfat edib.

 

Qonşu ölkədə təsdiqlənən COVID-19-a yoluxma hallarının ümumi sayı 220 508 təşkil edir. Yoluxanların 200 339-u sağalıb, 2 352-si isə dünyasını dəyişib.

 

Hazırda karantin rejimində 396, stasionar nəzarətdə 5 701 nəfər saxlanılır. Xəstəliyi yüngül formada keçirən 1 464 nəfər isə xüsusi otellərdə müalicə ilə təmin olunur.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər