Nigeriyada koronavirusun ən təhlükəli növü aşkarlandı
25.12.2020 10:40

Nigeriyada COVID-19 infeksiyasının yeni ştammı aşkarlanıb.

 

Aztibb.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Afrikanın Xəstəliklərə Nəzarət və profilaktika üzrə mərkəzinin rəhbəri Con Nkenqasonq bildirib.

 

"Nigeriyada gördüyümüz o (ştamm-red) hələ məhdud məlumatlara əsaslandığımız 501 mutasiyasıdır. Görünən odur ki, bu, İngiltərə və Cənubi Afrikadakı kimi deyil, fərqli ştammdır. Ancaq yenə təkrar edirəm – bu, iki və ya üç genetik ardıcıllığa əsaslanır. Nigeriyada araşdırmanı genişləndirməliyik ”, - o, deyib.

 

Dekabrın 14-də Böyük Britaniyanın Səhiyyə Nazirliyi ölkədə COVID-19-un yeni növünün aşkarlanması barədə bildirib. Yeni ştam Londonda, həmçinin İngiltərənin cənub-şərqində yayılmağa başlayıb.

 

Bir neçə gün sonra - dekabrın 23-də Britaniyada Cənubi-Afrika Respublikasından gələn bir nəfərdə koronavirusun daha bir yeni növünün üzə çıxarılması haqqında bildiriblər.

 

Qeyd edək ki, koronavirusun yeni ştammı daha çox yoluxucudur, buna görə də təhlükəli sayılır.

 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub