Bir sıra ölkələrdə pandemiya ilə bağlı son statistika
25.12.2020 10:41

Yaponiyada son sutkada koronavirusa yoluxmada yeni antirekord (3740 nəfər) qeydə alınıb.

 

Bu göstərici bir gün əvvəl qeydə alınan antirekordu təzələyib. Bununla bərabər, 54 nəfər həyatını itirib.

 

Yaponiya üzrə koronavirusa yoluxanların ümumi sayı 211 min 438 nəfərə çatıb. COVID-19-a yoluxma nəticəsində ümumilikdə 3136 nəfər həyatını itirib.

 

Ölkə üzrə ən ağır vəziyyətdə olan xəstələrin ümumi sayı 644 nəfərdir.

 

Almaniyada koronavirusa yoluxma hallarının sayı 1,6 milyonu keçib.

 

Son sutka ərzində Almaniyada koronavirusa yoluxma hallarının sayı 25 533 vahid artıb, 412 nəfər isə COVID-19 qurbanı olub. Bununla da ölkədə aşkar olunan yoluxma hallarının ümumi sayı 1 612 648-ə çatıb.

 

Pandemiya başlayandan bəri 29 182 COVID-19 xəstəsi ölüb.

 

Rusiyada son sutka ərzində daha 29 018 nəfər koronavirusa yoluxub.

 

Bununla da ölkədə COVID-19-a yoluxanların sayı 2 992 706 nəfərə çatıb.

 

Son sutka ərzində 563 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə Rusiyada koronavirusdan ölənlərin sayı 53 659 nəfərə çatıb.

 

Gürcüstanda ötən sutkada koronavirusa 1 881 yeni yoluxma halı təsdiqlənib, 1 515 nəfər sağalıb, 37 pasiyent isə vəfat edib.

 

Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 218 724 nəfərin yoluxması müəyyən olunub. Onların 196 220-si sağalıb, 2 313-ü isə ölüb.

 

Karantin zonalarında 396, stasionar nəzarətdə 5 969 nəfər saxlanılır.

 

Ermənistanda son sutka ərzində COVID-19-a 621 yoluxma halı qeydə alınıb.

 
Son sutkada 19 nəfər koronavirusdan ölüb və bununla da ölkədə xəstəlikdən ölənlərin ümumi sayı 2 733 nəfərə çatıb.
 

Ermənistanda indiyədək koronavirusa yoluxanların ümumi sayı 156 763, xəstəlikdən sağalanların sayı isə 137 815 nəfərə yüksəlib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər